Tramp və Zelenskinin nahar menyusuna nələr daxil idi?
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Vladimir Zelenskiyə Ağ Ev danışıqlarından sonra verilməli olan nahar menyusunun fotosu dərc edilib.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin aparat rəhbərinin müavini Den Skavino X səhifəsində paylaşım edib.
Məlumata görə, menyuya üç yemək daxil idi. Məzə olaraq bal sousu ilə pomidor salatı, əsas yemək üçün qulançar, göyərti və rozmarin ilə bişmiş toyuq, kərəviz kökü püresi, desert üçün giləmeyvə çeşidi və nazik xırtıldayan sitrus peçenyeləri ilə krem brülesi planlaşdırılırdı.
Qeyd edək ki, Ağ Evdə ötən gün ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski arasında baş tutan görüş olduqca gərgin keçib və tərəflər ictimaiyyət önündə mübahisə ediblər. Daha sonra qapalı davam edən görüş də yarımçıq kəsilib, Zelenski Ağ Evi erkən tərk edib, birgə mətbuat konfransı və Ukrayna ilə təbii sərvətlərlə bağlı hazırlanmış sazişin imzalanması ləğv edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 01 Mart 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















