Icma.az
close
up
RU
TRAMP VƏ ZELENSKİNİN İMZALAYACAĞI SAZİŞDƏ NƏLƏR VAR? Detallar açıqlandı

TRAMP VƏ ZELENSKİNİN İMZALAYACAĞI SAZİŞDƏ NƏLƏR VAR? Detallar açıqlandı

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna ABŞ-yə özünün təbii resurslarına çıxış verən sazişə razılaşıb. “AzPolitika” xəbər verir ki, bu gün Vaşinqtona səfərə gedən Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla ikitrəfli müqaviləni imzalayacaqlar.

Bu razılaşma Rusiyanın Ukraynaya qarşı üç ildir apardığı müharibəni bitirməyi hədəfləyən, son vaxtlar sürətlənən diplomatik səylər fonunda əldə olunub. Qərb mediasının əldə etdiyi sənəddən görünən odur ki, əsas məsələlər həllini tapmır, detalların çoxunun gələcək razılaşmada yer alacağı gözlənilir.

Sənəddə ABŞ-nin Ukraynaya təhlükəsizlik qarantiyaları nəzərdə tutulmayıb. Baxmayaraq ki, bu, Kiyevin əsas tələbi idi. Həmçinin Birləşmiş Ştatların Ukraynaya hərbi texnika və sursat təchizatını davam etdirəcəyi də dəqiqləşdirilmir.

Bəs əsas məqamlar hansılardır?

-Təhlükəsizlik qarantiyaları yoxdur: Sənəddə Ukraynanın təhlükəsizlik təminatları istəməsinə dəstək ifadə olunur, ancaq təminat verilmir;

-Resursların işlənməsi: Ukrayna və ABŞ Ukraynanın təbii resurslarını, o cümlədən vacib mineralları, neft və qazı birlikdə istehsal edəcəklər;

-Yenidənqurma fondu: Birgə fonda Ukraynanın dövlətə məxsus resurslarının 50 faizi daxil olacaq;

-Təkrar sərmayə: Fondun gəlirlərindən “illik əsaslarla” Ukraynanın iqtisadi bərpasına sərmayə qoyuacaq;

-Açıq qalan detallar: İdarəçilik və sahibliklə bağlı detallar daha sonra razılaşdırılacaq.

Sənəd Vaşinqtonun Rusiyanın tammiqyaslı işğalı başlayandan Ukraynaya əhəmiyyətli maliyyə və maddi dəstək verdiyini qeyd etməklə başlayır.

Amma Vaşinqtonun Ukraynanın mineral sərvətinə çıxışdan əldə olunacaq potensial gəlirdən 500 milyard dollar tələb etməsinə də toxunulmur. Sazişin daha öncəki versiyasında bu tələb vardı.

Ukrayna Prezidenti Volodimir Zelenski isə dəfələrlə bunun qəbuledilməz olduğunu bildirib.

Sazişdə ABŞ tərəfdən qəti təhlükəsizlik vədləri yer almayıb. Ancaq deyilir ki, "Birləşmiş Ştatlar Ukraynanın təhlükəsizlik qarantiyaları əldə etmək səylərini dəstəkləyir".

O da vurğulanır ki, Vaşinqton sabit və iqtisadi baxımdan çiçəklənən Ukraynanın inkişafına uzunmüddətli maliyyə öhdəliyini saxlayacaq.

Bu ümumi bəyanatlardan sonra sazişin əsas hissəsində birgə mülkiyyət hüququ ilə Yenidənqurmaya Sərmayə Fondunun qurulmasından söz açılır. Ukrayna dövlətə məxsus təbii resurslarından gələcək gəlirlərin 50 faizini bu fonda yatırmağa razılaşır. Bu, mineral sərvət, neft, qaz, eləcə də mayeləşdirilmiş təbii qaz (LNG) terminalları və limanlarından gəlirlərə aiddir. Aydın qeyd edilir ki, "gəlirlərin bu gələcək mənbələri Ukraynanın ümumi büdcə gəlirlərinin tərkib hissəsi olan mövcud gəlir mənbələrini əhatələmir".

Fondun pulu ilə yenidən Ukraynaya sərmayə qoyulacaq.

Cavabsız qalan xeyli suallar var. Sazişdə deyilir ki, bu sualları gələcək saziş cavablayacaq, onunla bağlı da işçi qruplar "yubanmadan" danışıqlara başlayacaqlar.

Suallardan biri fondun birgə sahibliyinin necə olacağıdır, yəni sadəcə 50-50-yə olmaya da bilər. Fondun idarə olunması və işlədilməsi ilə bağlı detallar da həllini tapmalıdır.

Sazişdə deyilir ki, tərəflərdən heç biri digər tərəflə razılaşdırmadan fondun hər hansı hissəsini sata, transfer edə, yaxud başqa cür sərf edə bilməz. Başqa sözlə, heç bir tərəf birtərəfli geri çəkilə bilməz.

Sazişi Ukrayna parlamenti, Ali Rada təsdiqləməlidir, Konqresdə təsdiqlənməsi barədə bir söz deyilmir.

“AzPolitikqa.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Fevral 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri