Tramp: Venesuelanın siyasi məhbusları azad etməsi ağıllı jestdir, ikinci hücum dalğasını ləğv etmişəm
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Venesuelanın “Sülhə nail olmaq” təşəbbüsü çərçivəsində siyasi məhbusları azad etməsi çox vacib və ağıllı jestdir.
APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində bildirib.
O qeyd edib ki, ABŞ və Venesuela xüsusilə neft-qaz infrastrukturunun daha böyük, daha yaxşı və daha müasir formada yenidən qurulması ilə bağlı yaxşı əməkdaşlıq edirlər.
“Bu əməkdaşlıq sayəsində əvvəlcə gözlənilən ikinci hücum dalğasını ləğv etmişəm, bu dalğanın artıq lazım olmayacağı görünür. Buna baxmayaraq, təhlükəsizlik və mühafizə məqsədilə bütün gəmilər öz yerlərində qalacaq”, - Tramp vurğulayıb.
Onun sözlərinə görə Amerika şirkətlərini Venesuelanın neft-qaz sektoruna böyük sərmayələr qoymağa təşviq edəcək:
“Böyük neft şirkətləri tərəfindən ən azı 100 milyard dollar investisiya qoyulacaq və bu gün mən həmin şirkətlərin rəhbərləri ilə Ağ Evdə görüşəcəyəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 09 Yanvar 2026 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















