Icma.az
close
up
RU
Tramp vəzifəsinin ilk günündə Ukrayna və Rusiyanı danışıqlar masasında görmək istəyir AP

Tramp vəzifəsinin ilk günündə Ukrayna və Rusiyanı danışıqlar masasında görmək istəyir AP

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəsinin ilk günündə Rusiya və Ukraynanı danışıqlar masasına oturtmağı planlaşdırır.

Bizimyol.info xəbər verir ki, “Associated Press” bu barədə Trampın yanvarın 20-də baş tutacaq inauqurasiyadan sonrakı planları haqqında məqaləsində yazıb.

Tramp prezidentlik kampaniyası zamanı dəfələrlə bəyan edib ki, Rusiya ilə Ukrayna arasında müharibəni 24 saat ərzində dayandıra bilər. Respublikaçının seçkilərdə qalib gəldiyini rəsmi elan etdikdən sonra onun mətbuat katibi Karolin Levitt Trampın indi Ukraynada sülh danışıqlarına başlaya biləcəyini deyib: “Birinci gün (prezident kimi) bu müharibəyə son qoymaq üçün Ukrayna və Rusiyanı danışıqlar masasına gətirməkdən ibarətdir”, - deyə qeyd edib.

Həmçinin Trampın vəzifədə olduğu ilk günlər üçün görüləcək işlər siyahısında: miqrantların kütləvi deportasiyasının başlanması; Bayden administrasiyasının təhsil siyasətlərini dəyişdirmək; Trampın gizli şəkildə ona qarşı işlədiyinə inandığı minlərlə federal işçini işdən çıxararaq federal hökuməti yenidən təşkil etmək; 6 yanvar 2021-ci ildə Kapitoliyə basqın edənlər üçün əfv də var.

Donald Tramp ABŞ prezidenti seçilməzdən əvvəl dəfələrlə Ukraynada müharibəni bir gündə bitirə biləcəyini iddia etsə də, bunu necə edəcəyi barədə açıqlama verməyib. Jurnalistlərin fikrincə, vitse-prezident seçilən respublikaçı J.D.Vens Vladimir Putinin istədiyi addımları atmağı təklif edib - Rusiya Federasiyasına Ukraynanın işğal olunmuş torpaqlarını saxlamağa icazə vermək və Ukrayna dövlətinin NATO-ya qoşulmayacağına zəmanət vermək istəyir. Tramp və Di Vens 2025-ci il yanvarın 20-də rəsmi olaraq vəzifələrinə başlayacaqlar.

"The Wall Street Journal" bu yaxınlarda yazmışdı ki, Donald Trampın Ukraynadakı müharibəni bitirmək üçün “sülh planı”nda 20 il ərzində NATO-ya üzv olmaqdan imtina etmək və əraziləri qaytarmadan cəbhə xəttini dondurmaq tələbi ola bilər. Məlumatlı mənbələrə görə, Tramp hələlik konkret planı təsdiq etməyib, xüsusən də Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenskini danışıqlar masası arxasına oturmağa necə razı salacağı bəlli deyil.

ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş Ali Baş Komandanı Ceyms Stavridis belə proqnozlaşdırır ki, Trampın təzyiqi ilə Rusiya-Ukrayna müharibəsi danışıqlarla yekunlaşa bilər, nəticədə Putin Ukraynanın artıq işğal olunmuş ərazisinin bir hissəsini “saxlayacaq”.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri