Icma.az
close
up
RU
Tramp “Wall Street Journal” nəşrini məhkəməyə verir

Tramp “Wall Street Journal” nəşrini məhkəməyə verir

Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp “Wall Street Journal” (WSJ) qəzeti, “NewsCorp” şirkəti və media maqnatı Rupert Merdoka qarşı məhkəmə iddiası qaldırmağı planlaşdırır. Buna səbəb amerikalı maliyyəçi Ceffri Epşteynə təbrik məktubu ilə bağlı məqalənin dərc edilməsidir. Epşteyn müxtəlif məşhur və varlı insanlara yetkinlik yaşına çatmayan qızları “təmin etməkdə” ittiham olunub.

Gununsesi.info xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” səhifəsindəki paylaşımında yazıb.

“Wall Street Journal” qəzeti “Ceffri Epşteynin dostları onun 50 illik yubileyinə ədəbsiz məktublar yazıblar. O məktublardan biri Donald Trampdan idi” başlıqlı məqaləsində iddia edir ki, bu təbriklər albomunu və o cümlədən developer Donald Trampdan məktubu 2003-cü ilin əvvəlində, Epşteynin 50 illiyi ərəfəsində onun rəfiqəsi Gisleyn Maksvel toplayıb. Maksvel 2022-ci ildə Epşteyn üçün yeniyetmə qızları cəlb etməkdə təqsirli bilinərək 20 il həbs cəzasına məhkum edilib.

Tramp dərhal WSJ-nin məqaləsinə “Truth Social” sosial şəbəkəsindəki paylaşımı ilə cavab verib və bildirib ki, o, bu məktubu yazmayıb və o və onun mətbuat katibi Kerolin Livitt WSJ-nin sahibi Rupert Merdoku və baş redaktor Emma Takeri xəbərdar ediblər ki, bu məktubu dərc etməsinlər, çünki o, saxta sənəddir. “Prezident Tramp tezliklə “Wall Street Journal”, “NewsCorp” [Merdokun korporasiyası] və cənab Merdoka qarşı məhkəmə iddiası qaldıracaq”, – Trampın paylaşımında qeyd edilib.

Prezident öz paylaşımında izah edir ki, əgər məktub həqiqətən mövcud olsaydı, onu çoxdan, Epşteyn işi araşdırıldığı illərdə “dəli sol radikallar” dərc edərdilər. Qeyd edək ki, Tramp Demokratlar Partiyasından olan siyasi rəqiblərini bu cür adlandırır.

Ceffri Epşteyn 2019-cu ildə məhkəmə prosesini gözlədiyi həbs kamerasında ölü tapılmışdı. Araşdırmanın nəticələrinə görə, onun intihar etdiyi elan edilib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 18 İyul 2025 08:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri