Tramp yenə də Obamanı hədəfə aldı Foto
Sitat.info portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp fevralın 28-dən bəri İrana qarşı davam edən “Epik Qəzəb” (Epic Fury) əməliyyatı fonunda özünə məxsus “Truth Social” platformasında sələfi Barak Obamanın siyasətini hədəf alan ironik və qalmaqallı paylaşım edib.
Sitat.info xəbər verir ki, Trampın paylaşdığı kollajda iki fərqli dövrün “danışıqlar” metodu kəskin şəkildə müqayisə olunur.
Belə ki, fotonun yuxarı hissəsində Obamanın İran rəsmilərinə pul təklif etməsi (“Obama İranla danışıqlar aparır”), aşağı hissəsində isə Trampın səmada uçan və İranın nüvə hədəflərini vuran “B-2 Spirit” bombardmançılarını izləməsi (“Tramp İranla danışıqlar aparır”) əks olunub.
Prezident həmin paylaşımla özünün “güc yolu ilə sülh” strategiyasını bir daha ön plana çıxararaq, İranın artıq “tamamilə məğlub olduğunu” və yeni bir sövdələşmə üçün yalvardığını iddia edib.
Qeyd edək ki, bu, Trampın Obama ilə bağlı ilk kəskin paylaşımı deyil. Bundan əvvəl də o, Barak Obama və xanımı Mişel Obamanın meymun kollajında təsvir olunduğu videonu paylaşmış, lakin qısa müddət sonra həmin paylaşımı silmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 14 Mart 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















