Icma.az
close
up
RU
“Tramp yolu” Ermənistan hökumətini xilas etdi TƏHLİL

“Tramp yolu” Ermənistan hökumətini xilas etdi TƏHLİL

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paşinyan məhz bu yeni adla müxalifətin bütün ittihamlarından yaxa qurtardı


Layihə Ermənistan üçün göydəndüşmə effekti yaratdı və müxalifətin Paşinyana qarşı irəli sürdüyü ittihamların təsirini azaltdı

“Tramp yolu”nun (və ya Zəngəzur dəhlizinin) açılması ilə bağlı fəal iş gedir. Bunu Ermənistanın hakim partiyasından olan deputat Vaqarşak Akopyan bildirib. Deputat qeyd edib ki, “Tramp yolu” və orada hansı biznes modelinin fəaliyyət göstərəcəyi ilə bağlı müzakirələr gedir. Akopyan deyib ki, amerikalılarla həm onlayn, həm də üzbəüz görüşlərdə çox fəal işləyirlər: "İşçi qrupu yaradılıb. 

Bu, başlanmış bir prosesdir, amma hazırda bu barədə sizə məlumat vermək səlahiyyətinə malik deyiləm". Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan da vurğulayıb ki, İrəvan və Vaşinqton Zəngəzur vilayətində “Tramp yolu” layihəsinin təfərrüatını müzakirə etməyə başlayıblar: "Ermənistan və ABŞ Sünik bölgəsindən keçəcək və mahiyyət etibarı ilə materik Azərbaycanla Naxçıvan arasında kommunikasiya xəttinə çevriləcək “Tramp yolu”nun açılmasının təfərrüatlarını müzakirə etməyə başlayıblar. Bu yaxınlarda Amerika nümayəndə heyəti Ermənistana səfər edib. Müzakirələr başlayıb və bu müzakirələr davam edəcək". N.Paşinyan əlavə edib ki, hazırda konkret razılaşmalar çox deyil: "Düşünürəm ki, problem həm də Tramp administrasiyasının qlobal gündəliyə malik olması ilə bağlıdır, amma əmin olun ki, bu gündəm çərçivəsində “Tramp yolu” gündəliyi həm ABŞ, həm də beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmaqda davam edir, böyük maraq var. Yavaş, amma fasiləsiz işləyirik". 


Ədalət Partiyasının sədri Mütəllim Rəhimov "Şərq"ə açıqlamasında deyib ki, "Tramp yolu" layihəsi ilə bağlı razılaşma avqustun 8-də Azərbaycan və Ermənistan rəhbərliyi arasında ABŞ Prezidenti D.Trampın vasitəçiliyi ilə əldə olunub. Partiya rəhbəri qeyd edib ki, "Tramp yolu"nun mahiyyəti ondan ibarətdir ki, bu dəhliz Şərq-Qərb Dəhlizinin mühüm bir hissəsinə çevriləcək: 

"Əsasən də Avropanı Şərq ölkələri ilə birləşdirən logistika yolunun bir hissəsini təşkil edəcək. Şübhəsiz ki, bu layihənin reallaşmasının başlıca şərti Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Yekun sülh əldə olunduqdan sonra Zəngəzur dəhlizinin açılması yönündə heç bir maneə qalmayacaq, daha doğrusu, məsələnin böyük qismi həllini tapacaq. Tramp bu layihənin reallaşması üçün iki tərəfin istəklərini və maraqlarını nəzər alıb. Ermənistanda müxalifət Paşinyan hökumətinə qarşı çox ciddi ittihamlar irəli sürür. Onlardan biri də yolun "Zəngəzur dəhlizi" adlandırılması ilə bağlıdır. Əslində, erməni tərəfi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bildikləri üçün bu layihənin "Zəngəzur dəhlizi" adlandırılması onlarda böyük qıcığa səbəb olur. Ancaq aydındır ki, bu məsələni Paşinyan hökumətinə təzyiq kimi daha çox gündəmə gətirənlər revanşist dairələrdir. Onlar bundan yararlanaraq, Ermənistan baş nazirini devirməyə, nüfuzunu aşağı salmağa çalışırlar. O mənada Trampın irəli sürdüyü, yəni "TRİPP" layihəsi Ermənistan hökuməti üçün göydəndüşmə oldu. Paşinyan məhz bu yeni adla müxalifətin bütün ittihamlarından yaxa qurtardı". 


M.Rəhimov vurğulayıb ki, layihənin reallaşması üçün bir sıra siyasi və iqtisadi şərtlər yerinə yetirilməlidir: 

"İlk növbədə hansısa iqtisadi projenin həyata keçirilməsi üçün mütləq mənada siyasi razılaşma olmalıdır. Siyasi şərtlər tələb edir ki, Ermənistan öz dövlət rəmzlərindən, qanunvericiliyindən qonşu ölkələrə, xüsusən Azərbaycana qarşı ərazi iddialarını çıxartsın. Bu, çox mühümdür və Azərbaycanın həssas nöqtəsidir. Digər yandan, hələ də işğal altında olan 4 kəndimizin geri qaytarılması da vacib faktordur. Biz bu kəndləri Ermənistana güzəştə getmək niyyətində deyilik. Başqa məsələ isə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı məsələdir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması üçün mühüm şərtlərdən biridir. Bunların reallaşmasından sonra məsələnin iqtisadi tərəflərinə keçə bilərik. Önəmli məqamlardan biri də Naxçıvana sərbəst gediş-gəlişi təmin edəcək yolun statusu ilə bağlıdır. Azərbaycan tərəfi buna ərazisinin iki hissəsini birləşdirən bir dəhliz kimi baxır. Ermənistanın sırf bu məqamla bağlı konkret mövqeyini açıqlamasına ehtiyac var. Çünki digər ölkələrin həmin dəhliz vasitəsilə daşıdıqları yüklərlə Azərbaycan vətəndaşının apardıqları yüklərin statusu bir-birindən fərqlənməlidir. Ermənistan tərəfi bu fərqi tanımalı, qəbul etməlidir. İrəvan mövqeyini birmənalı açıqlamalıdır ki, layihənin reallaşması yubanmasın və sürətlənsin". 


Müsahibimizin fikrincə, dəhlizə nəzarətin kim tərəfindən həyata keçiriləcəyi də mühümdür: 

"Rusiya hələ də 10 noyabr razılaşmasını əsas gətirərək, dəhlizə nəzarətdə iddia olduğunu deyir və detallarla bağlı İrəvanla razılaşacağını bildirir. İndiyədək, Rusiyanın öz mövqeyindən geri çəkilməsi ilə bağlı heç bir bəyanatına rast gəlməmişik. Əksinə, Kreml qeyd edib ki, dəhliz keçəcək bölgədə rus sərhədçiləri fəaliyyət göstərirlər. Fransanın da müəyyən iddiaları var idi. ABŞ hökuməti isə məlum anlaşmaya əsasən, vurğulayır ki, dəhlizə nəzarəti SOROS Fonduna bağlı bir şirkət həyata keçirə bilər. Bu da ABŞ-nin dəhlizə nəzarəti ələ alması deməkdir. Kənardan regiona gələn istənilən qüvvə özünün maraqlarını təmin etməyə çalışacaq. O baxımdan düşünürəm ki, dəhlizə nəzarətin regiondan kənar güclərin əlinə verilməsində maraqlı olmamalıyıq. Türkiyə burada arbitr rolunu oynaya bilər. Ermənistan özü də dərk edir ki, onun gələcəyi Türkiyə və dolayısı ilə Qərblə bağlıdır. Amma qonşularla normal münasibət formalaşdırmadan Ermənistanın gələcəyi yoxdur. Ermənistanın Qərbə yolu Türkiyədən keçir. Türkiyə hər zaman ən etibarlı tərəfdaş olub. Məncə, məhz Türkiyənin Zəngəzur dəhlizinə nəzarət funksiyasını icra etməsi bütün tərəflərin qəbul edəcəyi məsələdir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri