Icma.az
close
up
RU
“Tramp Yolu”nun aqibəti qaranlıqdır Rusiya XİN

“Tramp Yolu”nun aqibəti qaranlıqdır Rusiya XİN

Yenisabah portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-İran münaqişəsi fonunda "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" layihəsinin işə salınması perspektivləri qaranlıqdır.

"Yeni Sabah" TASS-a istinadla xəbər verir ki, bunu Rusiya XİN-in MDB Ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kalugin bildirib.

"Bir sıra ekspertlər hesab edirlər ki, İran-Amerika münaqişəsi nəzərə alınmaqla, "Tramp Yolu"nun işə salınması perspektivləri qaranlıqdır. Onlar qeyd edirlər ki, İranın ABŞ-ın şimal sərhədində mövcudluğuna mənfi münasibətindən əlavə, "Tramp Yolu"nun da bir hissəsi olması nəzərdə tutulan Orta Asiyadan Avropaya gedən yol üzərində Amerikanın nəzarəti Asiya tərəfdaşları arasında inamsızlıq yarada bilər. Çin və Rusiya yükləri olmadan layihəyə qoyulan investisiyanı geri qaytarmaq olduqca çətin olacaq", - deyə Galugin qeyd edib. pizza hut

Onun sözlərinə görə, nəzərə alınmalı bir neçə obyektiv amil də var: 

"Ermənistan-İran sərhədində Rusiya sərhədçilərinin olması, Azərbaycan sərhədi ilə maneəsiz əlaqə üçün Rusiya standartlarına uyğun dəmir yolu xəttinin çəkilməsi zərurəti, 2038-ci ilə qədər qüvvədə olan "Cənubi Qafqaz Dəmir Yolları" QSC-nin Ermənistan dəmir yolu şəbəkəsini idarə etmək üçün güzəştə getməsi və Ermənistanın Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanına daxil edilməsi".

Kaluqin vurğulayıb ki, ümumən Azərbaycanı onun Naxçıvan bölgəsi arasında Cənubi Ermənistandan keçən tranzit marşrutu yoxdan yaranmayıb:

"Onun yaranmasından əvvəl Rusiya-Azərbaycan-Ermənistan formatı çərçivəsində iki illik gərgin iş, yəni baş nazir müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupu yaranıb. 2023-cü ilə qədər yalnız Cənubi Ermənistandan Naxçıvana tranziti təmin etmək üçün deyil, həm də mahiyyət etibarilə Ermənistan və Azərbaycan dəmir yollarını birləşdirmək üçün nəzərdə tutulmuş Meğri marşrutunu işə salmağa yaxın idik.

Ermənistan hazırda "Tramp Yolu"na güvənərək məhz buna nail olmağa çalışır. Amma problem ondadır ki, Ermənistan-Amerika təşəbbüsü, “Meğri Marşrutu”ndan fərqli olaraq, avtomatik olaraq Ermənistan və Azərbaycan dəmir yolu infrastrukturunun tam birləşdirilməsini təmin etmir. İrəvanın 2023-cü ildə üçtərəfli işçi qrupunun işini qəsdən dondurması günahımız deyil".


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 May 2026 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri