Icma.az
close
up
RU
Tramp Zelenskini “diktator” ADLANDIRDI: “Bu, Putinin əlinə oynamaqdır”

Tramp Zelenskini “diktator” ADLANDIRDI: “Bu, Putinin əlinə oynamaqdır”

Icma.az, Yenicag portalına istinadən məlumatı açıqlayır.

“Rusiyanın üstün olduğu və Trampın bu fikirləri fonunda danışıqlarda Ukrayanın xeyrinə nələrisə gözləmək çətindir”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə “diktator” deməsinin və onu sülh danışıqlarından uzaq tutmasının pərdəarxası səbəblərindən danışan siyasi şərhçi Rafail Becanov deyib.

Onun sözlərinə görə, Ukraynanın ciddi çətinliklərlə üzləşəcəyi müharibənin ilk günlərindən proqnozlaşdırırdı:

“Çünki Ukraynanı müharibəyə təhrik edənlər bu müharibədən qalib çıxmaq üçün lazım olan dəstəyi göstərmirdilər. Təəssüf ki, müharibənin 3-cü ilinin tamamında yenə də Ukrayna meydanda tək qalıb. Avropa ölkələri bəyanatdan uzağa gedə bilmir. ABŞ və yeni prezidenti Donald Tramp isə müharibəni bitirmək, Rusiya ilə əlaqələri bərpa etmək niyyətini gizlətmir. Ər-Riyadda keçirilən danışıqlar bunun isbatıdır. Tramp bu müharibəni bitirmək və ABŞ-nin yeni hədəflərinə doğru planlarının icrasına tələsir”.

“Lakin Zelenskini “diktator” adlandırmaqla “barıt”ı bir az çox edib. Əslində, bu fikri ilk dəfə Putin dolayısı ilə səsləndirib. O, danışıqlarda Ukraynanı legitim prezidentin təmsil etməli olduğunu öz açıqlamalarında dəfələrlə bildirib. İndi Trampın da Zelenskiyə “diktator” deməsi Putinin əlinə oynamaqdır. Zelenski kapitulyasiyaya getmək, Tramp isə müharibəni bitirmək istəyir. Bununla Zelenskiyə təzyiq edilir, eyni zamanda, ukraynalılarda “müharibəni dayandırmaq mümkündür, sadəcə, Zelenski imkan vermir” fikri formalaşdırılır”, – deyə o, əlavə edib.

R. Becanovun fikrincə, Avropa liderləri, hətta Trampın keçmiş komanda yoldaşları olan 2017-2021-ci illərdə vitse-prezident vəzifəsində çalışmış Mayk Pensin, yaxud Trampın milli təhlükəsizlik müşaviri olmuş Con Boltonun etirazları da heç nəyi dəyişmir:

“Çünki “ox artıq yaydan çıxıb”. Zelenskiyə göstərilən bu münasibət ABŞ-nin indiki halda Ukraynaya dəstəkdən mümkün qədər imtinası kimi qəbil ediləcək. Daxili siyasi böhran, orduda inamsızlıq, xarici dəstəklərin azalması gözləniləndir ki, bu da Zelenski üçün ciddi problemlər yaradacaq. Bu, öz növbəsində həm də yeni ərazi itkiləri deməkdir. Faktiki olaraq, Rusiya Ukraynada işğal etdiyi Luqanskın, demək olar ki, bütün ərazisinə, Donetsk, Xerson və Zaporojya ərazilərin isə 70-80%-nə nəzarət edir. Eyni zamanda, bu əraziləri geri verməyəcini bəyan edir”.

“Tramp Avropa ölkələrindən fərqli olaraq, Ukraynaya əvəzsiz verdikləri dəstəyin qarşılığında onun təbii sərvətlərini istəyir. Bu təzyiqlərin fonunda Zelenski çox böyük çətinliklər qarşısındadır. Ukrayna üçün isə ABŞ-siz müharibə aparmaq çətindir. Trampın mövqeyi Zelenskini prosesdən kənarda saxlamağa hesablanıb. Təbii ki, bu, danışıqlar prosesinə təsirsiz ötüşməyəcək. Rusiyanın üstün olduğu və Trampın bu fikirləri fonunda danışıqlarda Ukraynanın xeyrinə nələrisə gözləmək çətindir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 20 Fevral 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri