Tramp Zukerberqlə görüşüb Açıqlamalar
Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-ın yeni prezidenti Donald Trampın Floridadakı Mar-a-Laqo malikanəsində Meta-nın baş icraçı direktoru Mark Zukerberqlə görüşüb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar axşam yeməyini bir yerdə ediblər.
Meta sözçüsü ABŞ-ın "CBS News" kanalına faktı təsdiqləyib: "Zukerberq Trampın dəvətinə qatılmaqdan və gələcək kabinet üzvləri ilə görüşməkdən məmnun qalıb".
Trampın Ağ Ev rəhbəri postuna namizədi Stiven Miller isə deyib ki, görüşə qatılan Zukerberq və bütün digər iştirakçılar Trampın iqtisadi planlarını dəstəkləyirlər: "Aydındır ki, Zukerberqin öz maraqları və gündəliyi var. Ancaq təbii ki, Zukerberq də Trampla "problemli münasibətləri"ni düzəltməyə çalışır...".
Xatırladaq ki, 2021-ci il yanvarın 6-da ABŞ-da 5 nəfərin ölümü ilə nəticələnən Konqresə basqınından bir gün sonra Facebook və İnstaqram Trampın hesablarını qeyri-müəyyən müddətə qapadıb.
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 29 Noyabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















