TRAMPA RƏQİBİNDƏN ŞOK MƏSLƏHƏT: Əgər Rusiyanı dayandırmaq, İrana hücum istəyirsənsə, ilk arayacağın adam...
Icma.az bildirir, Mia.az portalına istinadən.
ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi, Respublikaçılar Partiyasında Trampa prezidentlik yarışında rəqinb olan bütün dünyanı özünə cəlb edən açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Nikki Heyli qatıldığı verilişdə Donald Trampa xarici siyasətlə bağlı verdiyi vədləri xatırladıb və bunun ən mühümlərinin icrasının Türkiyə lideri Ərdoğandan aslı olduğunu dilə gətirib:
"Tramp üçün qarşıda böyük imkan var. Prezidentliyə başlayanda, şübhə etmirəm ki, ilk işi Ərdoğana zəng etmək olmalıdır. Unutmayın ki, Ukrayna-Rusiya müharibəsində Ərdoğan Ukraynanın tərəfindədir, ancaq hər iki tərəf üçün sözü keçərlidir. Əgər Tramp İranı zəiflətmək, vurmaq və eyni zamanda, Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq istəyirsə, bunun yolu Türkiyədən - Ərdoğanla əlaqədən keçir...".
Diqqətçəkən məqamlardan biri də odur ki, Nikki Haley verilişdən sonra sosial media hesabında da bu məzmunda paylaşım edib: "Türkiyə İranı zəiflətmək və Rusiyanın Ukraynadakı müharibəsini bitirməkdə kritik rola sahibdir. İndi əsas məsələ Trampın bunu öz xeyrinə necə istifadə edəcəyindədir. İzləyək".
Xatırladaq ki, Niki Haley partiya daxilində ABŞ prezidentliyinə iddiasını qoysa da, yetərli dəstək ala bilmədiyi üçün namizədlikdən geri çəkilmişdi.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 14 Dekabr 2024 00:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















