Trampdan İran açıqlaması: “Peşman deyiləm, eyni addımı atardım”
Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində İranla bağlı gərginlik barədə fikirlərini bölüşüb.
"Cebheinfo.az" xəbər verir ki, Tramp İrana qarşı müharibəyə başladığı üçün peşman olmadığını bildirib.
“Mən peşmanlıq sözünə inanmıram. İnsan hər zaman özünü bir qədər sorğulaya bilər. Yenə olsa, eyni addımı atardım”.
ABŞ Prezidenti, həmçinin İranın nüvə potensialını məhv etdiklərini iddia edərək deyib:
“Təsəvvür edin ki, biz həyatımıza davam edərkən onlar birdən nüvə silahına sahib olurlar. Əgər nüvə silahları olsaydı, ondan istifadə edərdilər”.
Trampın sözlərinə görə, belə bir ssenari baş versəydi, İran əvvəlcə İsraili və Yaxın Şərqi, daha sonra isə ABŞ şəhərlərini hədəfə ala bilərdi.
O, həmçinin İranla müharibənin ABŞ-də noyabrda keçiriləcək aralıq seçkilərindən sonra başa çatacağını düşünür. Tramp müharibəyə görə bəzi tərəfdarlarının narazı olması ilə bağlı iddiaları da rədd edib:
“Onların ruhdan düşdüyünü düşünmürəm. Əksinə, İranın nüvə silahına sahib olmasına imkan vermədiyim üçün qürur duyurlar”.
Sonda Tramp iddia edib ki, İran demokratların hakimiyyəti dövründə üzərlərindəki təzyiqlərin aradan qalxacağına inanır. Onun sözlərinə görə, demokratlar İrana nüvə silahı əldə etməyə imkan verə bilərdilər, lakin İran heç vaxt nüvə silahına sahib olmayacaq.
Əfsanə
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Sentyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















