Trampdan İrana sərt mesaj
Aznews.az saytına istinadən Icma.az xəbər verir.
AzNews.az xəbər verir ki, Tramp Vaşinqtonda İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşdən sonra keçirilən mətbuat konfransında İranla bağlı önəmli açıqlamalar verib.
“İranın nüvə silahı olmamalıdır. Əgər razılaşma əldə olunmasa, bu, İran üçün çox pis nəticələnə bilər”, – deyə Tramp bildirib. O, əlavə edib ki, “İsrailin İrandakı nüvə obyektlərinə hücum planının qarşısını aldığımı deyə bilmərəm. Tələsmirəm”.
Trampın bu açıqlaması Tel-Əvivin mümkün hücumuna yaşıl işıq yandırdığı kimi dəyərləndirilib.
ABŞ-Ukrayna arasında qiymətli metallar sazişi
Tramp mətbuat konfransında ABŞ və Ukrayna arasında qiymətli metallar üzrə yeni bir müqavilənin də gündəmdə olduğunu təsdiqləyib. Onun sözlərinə görə, saziş gələn həftənin cümə axşamı imzalanacaq.
Ukrayna prezidenti Vladimir Zelenski də məsələ ilə bağlı açıqlama verib. O, iki ölkə arasında qiymətli metallar üzrə Anlaşma Memorandumunun cümə axşamı onlayn imzalanmasının mümkün olduğunu bildirib.
AzNews.az

