Trampdan İranda qızlar məktəbinə edilən hücum soruşuldu VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
“Birləşmiş Ştatlar İranda qızlar məktəbinə endirilən zərbə ilə bağlı araşdırma aparır”.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin rəhbəri Donald Tramp bəyan edib.
"Biz bir neçə məsələ ilə bağlı araşdırma aparırıq. Amma bəli, bu da onlardan biridir, araşdırılır", – deyə o, Pekindən Alyaskaya uçan prezident təyyarəsinin göyərtəsində media nümayəndələrinin müvafiq sualına cavab verərkən bildirib.
Bundan əvvəl "The New York Times" qəzeti ilkin araşdırmanın nəticələrinə istinadən xəbər vermişdi ki, məktəbə zərbə hədəfin səhv təyin olunması səbəbindən "Tomahawk" raketi ilə endirilib.
Faciə fevralın 28-də, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının ilk günündə baş verib. Hücum nəticəsində təhsil müəssisəsinin 168 şagirdi və 14 əməkdaşı həyatını itirib.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:166
Bu xəbər 15 May 2026 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















