Trampdan İranla razılaşmaya dair təkzib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp CNN və digər KİV-in İranla hazırlanan razılaşmanın Tehranın nüvə proqramına şamil edilmədiyi barədə xəbərlərini təkzib edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Tramp "Truth Social" hesabında yazıb.
"Yalançı media orqanı CNN, həmişə olduğu kimi, yenə də yalan məlumat yayıb ki, mənim İranın nüvə proqramı üzrə razılaşmamda nüvə məsələsinə dair heç nə deyilmir, baxmayaraq ki, əslində, orada aydın şəkildə göstərilib ki, İran nüvə silahına sahib olmayacaq", - deyə o bildirib.
"Daha sonra razılaşmada nüvə probleminin müxtəlif digər aspektləri ətraflı və qəti şəkildə müzakirə edilir. Faktiki olaraq, razılaşmanın böyük hissəsi məhz buna həsr olunub", - deyə Tramp əlavə edib.
İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ ilə ikitərəfli memorandum üzrə hazırkı danışıqların gedişatı zamanı İran nümayəndə heyəti Tehranın nüvə proqramı ilə bağlı hər hansı müzakirə aparmır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 01 İyun 2026 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















