Trampdan sürpriz proqnoz: Ceyk Pol siyasətə gəlir? VİDEO
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Kentukkidə keçirilən seçki mitinqi zamanı məşhur boksçu və bloqer Ceyk Polun gələcəkdə siyasi fəaliyyətlə məşğul olacağını proqnozlaşdırıb. Hələlik heç bir vəzifəyə namizədliyini irəli sürməyən Pola Trampdan erkən dəstək gəlib.
İdman.Biz xəbər verir ki, Tramp boksçunu kütləyə təqdim edərək onun cəsarətini yüksək qiymətləndirib:
“Mən proqnoz verirəm ki, sən uzaq olmayan gələcəkdə siyasi vəzifə üçün namizədliyini verəcəksən. Və mənim tam və qəti dəstəyim səninlədir.”
Ceyk Pol da öz növbəsində Trampdan cəsarət dərsi aldığını bildirərək, “Tramp mənə döyüşdən geri çəkilməməyi öyrətdi”, - deyə vurğulayıb.
Mitinqdən sonra yayılan görüntülər isə sosial şəbəkələrdə viral olub. Belə ki, səhnə arxasında Trampın simvoluna çevrilən “YMCA” mahnısı səslənərkən prezident özünəməxsus rəqs hərəkətlərini nümayiş etdirib. Ceyk Pol da böyük həvəslə ona qoşularaq birlikdə rəqs ediblər.
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri bu görüntülərin süni-intellekt məhsulu olduğunu bildirirlər.
Baxış sayı:152
Bu xəbər 12 Mart 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















