Icma.az
close
up
RU
Trampdan Ukrayna və Rusiyaya XƏBƏRDARLIQ

Trampdan Ukrayna və Rusiyaya XƏBƏRDARLIQ

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı növbəti maraqlı fikir səsləndirib. Belə ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ təkcə Rusiyaya deyil, Ukraynaya da sanksiya və gömrük rüsumları tətbiq edə bilər. ABŞ Prezidenti qeyd edib ki, istənilən zaman onun bu vasitəyə əl atacağı istisna deyil.  “Mən sanksiyalardan, yaxud güclü tariflərdən Rusiya və ya Ukraynaya tətbiq etməklə minlərlə insanı xilas edə bilərəm”, - deyə Tramp bildirib. Ağ Evin rəhbəri, həmçinin əlavə edib ki, o, Rusiyaya qarşı mümkün sanksiya tətbiqinə tələsmir, çünki sülh sazişini görmək istəyir -  həm Vladimir Putini, həm də Volodimir Zelenskini danışıqlar masası arxasına oturmağa çağırıb. “Münaqişəni dayandırmaq istəyirəm, əks halda dünya iqtisadi müharibəsi olacaq. Bu, Rusiya üçün pis olacaq və bunu istəmirəm. Onlar görüşməlidirlər,”- deyə Tramp vurğulayıb. ABŞ-ın dövlət rəhbəri, eyni zamanda, Ukraynaya hərbi dəstəyin davam etdirilməsi məsələsinə də toxunub - o, bildirib ki, Ukraynadakı münaqişənin xərcləri tamamilə NATO müttəfiqlərinin üzərinə düşür və ABŞ yalnız silah tədarükü ilə məşğul olacaq. “Biz artıq Ukraynanın maliyyələşdirilməsində deyil, münaqişənin, ölümlərin dayandırılmasında iştirak edirik. NATO münaqişəni maliyyələşdirir. ABŞ müttəfiqlərinə milyardlarla dollar dəyərində hərbi texnika, o cümlədən “Patriot” sistemləri satır. Müdafiə sənayesi müəssisələri isə istehsal həcmini iki və üçqat artırır”.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp bu kimi açıqlamalarla hər iki tərəfə mesaj ötürür.  “Tramp öz seçki kampaniyası zamanı hakimiyyətə gələcəyi təqdirdə Rusiya-Ukrayna müharibəsini tez bir zamanda bitərəcəyi ilə bağlı vədlər verib. Öz vədlərini yerinə yetirmək Tramp üçün əhəmiyyətlidir. Eyni zamanda, Rusiya-Ukrayna müharibəsinin sona çatması və iki münaqişə tərəfi arasında atəşkəs və ya sülh sazişinin imzalanması Trampın iqtisadi maraqları üçün də önəmlidir. Üç-dörd ay bundan öncə, Vaşinqton Kiyevlə ABŞ şirkətlərinin Ukraynanın mineral ehtiyatları və təbii sərvətlərinin istismarında iştirakı ilə bağlı saziş imzalayıb. Müharibə səbəbindən bu saziş hələ də qüvvəyə minməyib. Ona görə ki, heç bir ABŞ şirkəti hər gün raket hücumlarına məruz qalan ölkəyə investisiya yatırmağa risk etməz. Yalnız müharibənin dayanacağı təqdirdə ABŞ şirkətləri Ukraynanın mineral ehtiyatlarına və təbii sərvətlərinə çıxış imkanları əldə edəcəklər. Tramp bunu çox yaxşı başa düşür. Digər tərəfdən isə Ukraynada müharibənin bitməsi Trampa ona görə lazımdır ki, o, ABŞ-ın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirmək, xüsusən də Moskva ilə də iqtisadi-ticari sazişlər imzalamaq istəyir. Bu, həmçinin ABŞ-a özünün ənənəvi olaraq rəqib hesab etdiyi Çin ilə iqtisadi mübarizəyə  tam şəkildə fokuslanmaq imkanı qazandıracaq. Məhz bu üç səbəbdən dolayı Tramp Rusiya ilə Ukrayna arasında müharibəni tez bir zamanda bitirmək niyyətindədir və öz hədəfinə çatmaq üçün hər iki münaqişə tərəfinə hədə xarakterli mesajlar ötürür. Bu ilin əvvəlində Ağ Evə qayıtdıqdan sonra Trampın bu analoju mesajlarının dəfələrlə şahidi olmuşuq. ABŞ Prezidenti Ukraynadan narazı olanda bəyan edirdi ki, ABŞ Ukraynaya hərbi-maliyyə dəstəyi dayandıracaq və Kiyevi Rusiyaya qarşısında yalnız buraxacaq, eyni zamanda Rusiyaya qəzəbli olanda çıxışlarında bildirirdi ki, Vaşinqton Moskvaya ən ağır və sərt sanksiyalar tətbiq edəcək. Bu baxımdan Trampın son mesajında əsas hədəfi həm Rusiyanı, həm də Ukraynanı öz şərtlərinə diktə etməyə hesablanıb,” - deyə R.Bayramov vurğulayıb.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see493

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see398

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see356

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see309

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see275

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see268

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see256

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see248

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see240

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see231

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see226

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see221

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see219

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see217

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see213

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see211

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see203

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see199

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see184

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri