Trampı Ankaradan “qaçıran TÜRK: Kim olduğu üzə çıxdı
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Prezidenti Donald Trampın iyul ayında Ankarada keçirilən NATO sammitindən sonra ölkəsinə qayıdışı ilə bağlı maraqlı detallar ortaya çıxıb.
“Cebheinfo.az” haber7.com-a istinadən xəbər verir ki, NATO toplantısı başa çatdıqdan sonra Trampın təyyarəsinə İran tərəfindən mümkün hücum təhlükəsi barədə kəşfiyyat məlumatı daxil olub.
Bundan sonra ABŞ Prezidentinin təhlükəsizliyi üçün qeyri-adi əməliyyat həyata keçirilib. Tramp əvvəlcə kameraların qarşısında prezident təyyarəsi “Air Force One”a minib.
Daha sonra isə arxa hissədən “Do&Co Catering” şirkətinə məxsus ikram avtomobilinə keçirilərək apronda gözləyən başqa ABŞ təyyarəsinə aparılıb.
Beləliklə, onun təyyarəsini dəyişdirdiyi diqqətdən kənarda qalıb və Tramp həmin təyyarə ilə ABŞ-a qayıdıb.
Tramp hadisə ilə bağlı “Gizli Xidmətin göstərişinə əməl etdim, görünür, təhlükə var idi” deyib.
Şirkətin sahibi türk əsillidir.Trampın apronda daşınması üçün istifadə olunan ikram avtomobilinin “Do&Co” şirkətinə məxsus olduğu bildirilir. Şirkət 1981-ci ildə Vyanada türk əsilli iş adamı Atilla Doğudan tərəfindən təsis edilib.
Atilla Doğudan Avstriyanın ən zəngin iş adamlarından biri kimi tanınır. “Do&Co” 2019-cu ildə “Türk Hava Yolları” ilə catering müqaviləsini də 15 il müddətinə yeniləyib.
Hadisə ilə bağlı “The Decoy Plane” adlı sənədli filmdə əməliyyatın detallarına yer verilib.
Filmdə bildirilir ki, nümayəndə heyətində Trampdan başqa bu uçuş dəyişikliyindən yalnız məhdud sayda şəxsin xəbəri olub.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:139
Bu xəbər 10 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















