Icma.az
close
up
RU
Trampı və Netanyahunu harada görsəniz... 98 yaşlı ayətullahın fətvası

Trampı və Netanyahunu harada görsəniz... 98 yaşlı ayətullahın fətvası

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

98 yaşlı Məkarim Şirazidən fətva: “Allahın düşmənlərini öldürün!” – İran prezidentinin qorxulu səssizliyi

Yenisabah.az xəbər verir ki, İsveçrədə yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli maraqlı bir araşdırma yazıb. O, bildirib ki, 98 yaşlı iranlı Böyük Ayətullah Məkarim Şirazi dünya müsəlmanlarına ABŞ prezidenti Donald Trampı və İsrailin baş naziri Benyamin Netanyahunu “Allahın düşməni” elan edərək öldürməyə çağıran fətva verib.

Həmin fətvada açıq şəkildə deyilir ki, dünyanın istənilən yerindəki müsəlman bu şəxsləri qətlə yetirməlidir – bu onun dini borcudur. Fətva rəsmi şəkildə çap olunub və şiə dünyasında yüksək nüfuza malik Məkarim Şirazi tərəfindən imzalanıb. O, Qum məktəbində “Mərceyi-təqlid” statusuna malikdir və bu, onu şiə aləmində ən ali dini rütbəyə yüksəldir. pizza sifarişi

Elbəyi Həsənlinin yazısında daha bir maraqlı məqam var. O qeyd edir ki, İran Prezidenti Məsud Pezeşkian amerikalı mühafizəkar tok-şou aparıcısı Taker Karlsona virtual müsahibə verib. Bu müsahibəni İranın “Mehr” agentliyi ingilis dilində yayımlayıb. Həsənlinin oxuyub təhlil etdiyi həmin müsahibədə Pezeşkian çox ehtiyatlı danışıb. ABŞ-ı açıq tənqid etməkdən yayınaraq bütün günahı İsrailin üzərinə atıb.

Taker Karlson ona məhz bu fətvalarla bağlı sual verib:

“İranın iki tanınmış din xadimi ABŞ prezidenti Donald Trampa qarşı fətva verib. Sizcə, bunun mənası və əhəmiyyəti nədir?”

Məsud Pezeşkian isə cavabında bildirib ki, guya heç bir konkret şəxsə qarşı heç vaxt fətva verilməyib, sadəcə alimlərin fərdi fikirləri olub və qətl, təhdid kimi şeylər qəsd edilməyib. Elbəyi Həsənli isə yazır ki, bu, İran prezidentinin mövqeyini yumşaltmaq üçün səsləndirdiyi diplomatik yalandan başqa bir şey deyil. Çünki ortada açıq şəkildə imzalanmış və çap edilmiş fətva mövcuddur.

Beləliklə, İranın ali dini dairələri ABŞ və İsrail liderlərinə qarşı “öldürün” hökmü verir, amma İranın seçilmiş prezidenti bunun üstündən sükutla keçir və Qərblə münasibətləri qorumaq üçün ikiüzlü mövqe nümayiş etdirir.

Bu isə regionda onsuz da gərgin olan təhlükəsizlik balansını daha da riskli həddə daşıyır.

Musavat.com


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 08 İyul 2025 09:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri