Icma.az
close
up
RU
TRAMPIN 8 ci “MƏYUSLUĞU” Yenə Putindən şikayətlənən ABŞ lideri hərəkətə keçməyə tələsmir

TRAMPIN 8 ci “MƏYUSLUĞU” Yenə Putindən şikayətlənən ABŞ lideri hərəkətə keçməyə tələsmir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Bir zamanlar Ukrayna müharibəsini 24 saata bitirəcəyini deyən ABŞ Prezidenti Donald Tramp indi bunun olduqca çətin olmasından gileylənir. Əvvəlcə Ukraynanı və Avropanı günahlandırıb, Putini tərifləyən Tramp indi bunun əksini etməyə, müharibənin əsas günahkarını öz adı ilə çağırmağa məcburdur…

Ötən gün Tramp artıq səkkizinci dəfə(!) Vladimir Putinin hərəkətindən məyus olduğunu bəyan etdi.

“AzPolitika” xəbər verir ki, Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşü zamanı Amerika lideri bəyan edib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymaq Yaxın Şərqdə sülhə nail olmaqdan daha çətindir: "Bu, ağılsızlıqdır, tamamilə dəlilikdir. Düşündüm ki, bu, asan işlərdən biri olacaq. Mənim Putinlə yaxşı münasibətim var və bunun həll oluna biləcəyini düşünürdüm. Mən ondan çox məyus oldum, çünki bunun asan olacağını düşünürdüm, lakin məlum oldu ki, bu, Yaxın Şərqdən də çətindir".

O əlavə edib ki, onun məlumatlarına görə, təkcə ötən həftə Ukraynada gedən döyüşlərdə 7812 nəfər həlak olub.

Beləliklə, Amerika Prezidenti səkkizinci dəfədir ki, ictimai çıxışlarında Putindən məyus olduğunu bildirir. O, bunu ilk dəfə iyulun 1-də Kreml rəhbəri ilə telefon danışığından sonra demişdi. İyulun 8-də Tramp “məyusluğunu” təkrarlayıb və Ukraynanı əlavə silahlarla təchiz etmək planlarını açıqlayıb.

İyulun 15-də o, yenə "məyus olduğunu, amma hələ də onunla əlaqə saxladığını" qeyd edib.

İyulun 28-də Tramp "Prezident Putindən çox məyus oldum. İşlərin necə inkişaf edəcəyini görəcəyik" sözlərini təkrarlayaraq, Ukraynadakı müharibəni dayandırmaq üçün Putinə daha əvvəl verdiyi 50 günlük müddəti qısaltmaqla hədələdi.

Sentyabrın 2-də Amerika lideri eyni ifadəni təkrarladı: "Mən ondan çox məyus oldum. Bizim hər zaman əla münasibətimiz olub, amma məyus oldum".

Sentyabrın 25-də Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə yenidən Putindən məyus olduğunu xatırladıb və Rusiya neftinin alınmasını dayandırmağa çağırıb.

Sentyabrın 30-da jurnalistlərə açıqlamasında Tramp bir daha deyib: "Mən Vladimir Putindən çox məyus oldum. Düşündüm ki, o, bunun öhdəsindən gələcək".

Ümumiyyətlə, Donald Tramp ikinci prezidentlik müddətinin əvvəlindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə son qoymağa çalışdığını göstərir. O, Kremli yeni sanksiyalarla hədələyir və sülh sazişi üçün son tarixlər qoyur. Lakin bu müddətlər bitdikdən sonra heç bir addım atılmır, sanksiyalar tətbiq olunmur.

Tramp Putinlə bir neçə dəfə telefonla danışıb və avqustda onlar hətta Alyaskada şəxsən görüşüblər. Ancaq bu da nəticə verməyib. Rusiya tərəfi dəfələrlə atəşkəs təkliflərini rədd edərək, bilərəkdən qeyri-mümkün şərtlər qoyub və üzbəüz yüksək səviyyəli danışıqlardan sonra hətta Ukraynanın mülki infrastrukturuna hücumları daha da gücləndirib.

Bütün bunlardan sonra Trampın 8-ci yox, 88-ci dəfə də şikayət etməsi faydasız görünür. Çünki müasir reallıq gücdən başqa heç bir dil tanımayan işğalçı Rusiyaya qarşı şikayət, söz, bəyanat yox, konkret, sərt və cəsarətli hərəkətlər tələb edir…

C.Məmmədli

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Oktyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri