Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Trampın açıqlaması diplomatik manevrdən başqa bir şey deyil ŞƏRH

Trampın açıqlaması diplomatik manevrdən başqa bir şey deyil ŞƏRH

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"ABŞ Prezidenti Donald Trampın verdiyi açıqlamanı əslində bir növ diplomatik manevr kimi qiymətləndirmək olar. Bunun reallığa əsaslandığını söyləmək isə çətindir. Çünki 40 günlük müharibədən sonrakı prosesdə ABŞ ilə İran arasında aparılan danışıqlara, eyni zamanda bu danışıqlara paralel endirilən zərbələrə baxdıqda hesab etmək olar ki, bu dəfə də ABŞ tərəfi diplomatik manevr edir".

Bu fikirləri politoloq Asif Nərimanlı Redaktor.az-a ABŞ Prezidenti Donald Trampın İrana hücumu ləğv etməsindən danışarkən səsləndirdi.

Onun sözlərinə görə, ABŞ İrana qarşı genişmiqyaslı müharibənin istənilən nəticəni vermədiyini anladı:

"Bundan sonrakı mərhələdə isə çalışır ki, İranı danışıqlar masasında güzəştə məcbur etsin. Bunun üçün də zaman-zaman zərbələr endirməklə danışıqlar prosesinə və masadakı razılaşmaların gedişinə təsir göstərməyə çalışır. ABŞ-nin əsas hədəfi İranı mövcud razılaşmaya razı salmaqdır. Burada söhbət nüvə proqramından, proksi qüvvələrdən imtina məsələsindən gedir. Bunlar isə İran üçün prinsipial əhəmiyyət daşıyan və maraqlarına zidd olan məsələlərdir. Digər tərəfdən, 40 günlük müharibədə əsas hədəflərdən biri İranda rejim dəyişikliyi idi. ABŞ İranı ağır zərbələrə məruz qoysa, hətta hərbi-siyasi rəhbərliyini sıradan çıxarsa belə, rejim dəyişmədiyi üçün İran özünü müəyyən mənada qalib hesab edir. Buna görə də 40 günlük müharibəyə tab gətirən İran bundan sonrakı dövrdə danışıqlar masasında üstün mövqe əldə etməyə və ən azı öz maraqlarının da təmin olunmasına çalışır. Məhz buna görə də danışıqlar prosesi dalana dirənmiş kimi görünür. İranla ABŞ arasında aparılan danışıqlarda prinsipial məsələlər üzrə ziddiyyətlər hələ də qalmaqdadır".

Siyasətçi qeyd etdi ki, Trampın "anlaşmanın konturları müəyyənləşdirilib" və ya "razılaşma müəyyən qədər əldə olunub" kimi bəyanatları inandırıcı görünmür:

"Çünki biz daha əvvəl də buna bənzər açıqlamaların şahidi olmuşuq. Tərəflərin mövqelərinə və aralarındakı ziddiyyətlərə baxdıqda da belə qənaətə gəlmək mümkündür. Hesab edirəm ki, ABŞ İrana qarşı genişmiqyaslı müharibə apara bilmir və ya bunun nəticə vermədiyini anlayıb. Buna görə də müəyyən qısamüddətli zərbələr endirməklə İranı danışıqlar masasında güzəştə məcbur etməyə çalışır. Trampın zərbələrin təxirə salınmasının səbəbi kimi İranın və Yaxın Şərq ölkələrinin xahişini göstərməsi də əslində dünyaya verilən siyasi mesajdır. Bununla ABŞ öz gücünü nümayiş etdirməyə çalışır və göstərmək istəyir ki, əməliyyatların dayandırılması onların zəifliyindən deyil, qarşı tərəfin müraciətindən irəli gəlir. Yəni bu da diplomatik və siyasi manevrin bir hissəsidir".

Müsahibimizin fikrincə, yaxın perspektivdə danışıqlar masasında hər hansı ciddi razılaşmanın əldə olunacağı ehtimalı zəifdir:

"Ümumiyyətlə, İran məsələsi yalnız tərəflərdən biri tam geri çəkildiyi halda həll olunmuş hesab edilə bilər. ABŞ-nin geri çəkilməsi real görünmür. Çünki hərbi baxımdan üstün tərəf odur. İran isə rejim dəyişmədiyi üçün hesab edir ki, ən ağır mərhələni artıq geridə qoyub. Əgər 40 günlük müharibə dövründə rejim dəyişməyibsə və buna tab gətirə bilibsə, bundan sonrakı mərhələdə də geri çəkilməyəcək. Əksinə, çalışacaq ki, danışıqlar masasında özü üçün prinsipial əhəmiyyət daşıyan məsələlər üzrə razılaşma əldə etsin. Burada söhbət nüvə proqramından və zənginləşdirilmiş uranın taleyindən gedir. Onu da qeyd edim ki, İran daxilində də danışıqlar prosesi ilə bağlı ciddi müxalif mövqelər formalaşıb. Bu narazılıqlar təkcə cəmiyyət səviyyəsində deyil, hakimiyyət daxilində də müşahidə olunur. Ümumilikdə hesab edirəm ki, İran və ABŞ arasında yaxın zamanda razılaşmanın əldə olunacağı ehtimalı zəifdir. Böyük ehtimalla, növbəti danışıqlar mərhələsindən sonra ABŞ yenidən müəyyən zərbələr endirəcək. Hazırda müşahidə olunan odur ki, bu proses getdikcə daha uzunmüddətli bir qarşıdurmaya çevrilir".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Avqust 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see682

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see456

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see449

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see415

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see400

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see395

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see357

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see297

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see283

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see280

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see257

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see252

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see241

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see238

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see233

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see233

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see230

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see224

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri