Trampın açıqlamasından 15 dəqiqə əvvəl neftlə bağlı müəammalı sövdələşmələr olub
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Treyderlər aprelin 21-də ABŞ Prezidenti Donald Trampın İranla atəşkəsin uzadıldığını elan etməsindən cəmi 15 dəqiqə əvvəl neft qiymətlərinin düşəcəyinə 430 milyon dollar məbləğində mərc ediblər.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Agentliyin hesablamaları göstərir ki, aprel ayının əvvəlindən bəri Yaxın Şərqdəki münaqişə ilə bağlı mühüm açıqlamalardan az əvvəl treyderlərin bu cür iri məbləğdə mərc etməsi artıq dördüncü dəfədir ki, baş verir.
Aprelin 21-i axşam saatlarında İranın ABŞ ilə danışıqlardan imtina etməsi xəbəri fonunda neft qiymətləri kəskin artıb. Lakin çox keçmədən, D.Trampın atəşkəsin uzadılması ilə bağlı açıqlamasından sonra qiymətlər yenidən geriləyib.
"Brent" markalı neft üzrə iyun fyuçersləri Bakı vaxtı ilə saat 00:06-da maksimum 5.58% artaraq bir bareli 101 dollara çatıb. Lakin saat 00:10-da qiymətlər artıq 97 dolların altına enib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:196
Bu xəbər 23 Aprel 2026 01:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















