Trampın açıqlamasından sonra onun müşaviri müharibənin qaçılmazlığını bəyan etdi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş müşaviri general Maykl Flinn Donald Trampın nüvə silahlarının sınaqdan keçirilməsi haqqında sözlərindən sonra müharibənin qaçılmazlığını bəyan edib.
Oxu.Az-ın məlumatına görə, o, bununla bağlı "X" hesabında yazıb.
"Siyasi kursdakı dəyişikliklər müharibənin xarakterində və aparılmasında dəyişikliklərə səbəb ola bilər. Siyasi məqsədlər daha məhdud olanda isə müharibə qaçılmaz olur", - o vurğulayıb.
Xatırladaq ki, Donald Tramp oktyabrın 30-da "Truth Social"da Pentaqona dərhal nüvə sınaqlarına başlamağı tapşırdığını bildirib. ABŞ liderinin sözlərinə görə, sınaqlar dərhal başlamalıdır və Amerika digər nüvə dövlətləri ilə bərabər əsasda hərəkət edəcək.
Xatırladaq ki, Trampın bu bəyanatı Rusiyada nüvə enerji qurğusu ilə təchiz edilmiş "Burevestnik" və "Poseydon"un uğurlu sınaqlarından sonra səslənib. "Burevestnik"in sınaqları oktyabrın 21-də keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 Oktyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















