Trampın Ağ Evə qayıdışından ən çox onlar QAZANIR
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Donald Trampın Ağ Evə qayıdışından sonra yuanın əsas dünya valyutalarına qarşı zəifləməsi Çin iqtisadiyyatına ticarət üstünlükləri qazandıra bilər.
Ölkə.az Musavat.com-a istinadən xəbər verir ki, bu proqnozla "Bloomberg" analitikləri çıxış edib.
Onların fikrincə, yuanın dəyərinin aşağı düşməsi Çin məhsullarının dünya bazarında daha rəqabətli qiymətlərlə təklif olunmasına şərait yaradacaq. Bu isə xüsusilə ABŞ-ın sərt tarif siyasəti şəraitində Çin şirkətləri üçün yeni imkanlar açacaq.
Mütəxəssislər qeyd edirlər ki, yuanın zəifləməsi təkcə ixrac mallarının ucuzlaşması ilə məhdudlaşmır. Ölkə daxilində qiymətlərin enməsi – deflyasiya meyilləri – də Çin istehsalçılarına əlavə stimul verir.
"Bloomberg" analitiklərinin proqnozuna əsasən, həm valyuta zəifləməsi, həm də daxili deflyasiya ABŞ-ın tariflərlə yaratdığı ticarət baryerlərini qismən neytrallaşdıracaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 27 İyul 2025 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















