Icma.az
close
up
RU
“Trampın Amerikası başqa planetdə yaşayır” “Daha çox güc nümayiş etdirməliyik”

“Trampın Amerikası başqa planetdə yaşayır” “Daha çox güc nümayiş etdirməliyik”

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Avropa Ukrayna üçün öz təhlükəsizlik planını hazırlamalıdır”

Münhen Təhlükəsizlik Konfransı başa çatsa da, onunla bağlı müzakirələr, xüsusilə də ABŞ Vitse-prezidenti Cey Di Vensin çıxışına ünvanlanan tənqidlər davam edir. “AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransının sədri Kristof Heusgen son tədbirin "müəyyən mənada Avropa dəhşəti" olduğunu söyləyib.

Eyni zamanda, o, son konfransın "həm də çox məsələlərə aydınlıq gətirdiyini" qeyd edib: “Trampın tabeliyindəkiAmerika başqa planetdə yaşayır. Biz həmçinin müşahidə etdik ki, hətta respublikaçı senatorlar da prezidentlərindən qorxduqları üçün ictimaiyyət qarşısında çıxış etməkdən çox ehtiyatlanırlar".

O, Rusiya ilə Ukrayna arasında mümkün sülh danışıqlarından söz açaraq, Avropanı bir olmağa çağırıb: “Biz daha çox güc nümayiş etdirməliyik. Avropa təkcə danışıqlar masası arxasında oturmalı deyil, həm də Ukrayna üçün öz təhlükəsizlik planını hazırlamalıdır".

Heusgen bütün bunları ABŞ-nin Vitse-prezidenti Vens demokratiyanın vəziyyəti ilə bağlı avropalı müttəfiqlərini tənqid etməsini şərh edərkən deyib.

Qeyd edək ki, Vens avropalılara ifrat sağçı, qatı millətçi baxışları ilə seçilən Almaniya üçün Alternativ partiyası ilə əməkdaşlıq etməyi tövsiyə edib. Özü də kansler Olaf Şoltsla görüşdən imtina edərək, sözügedən partiyanın sədri ilə görüşüb. Alman qanunvericilər və digər Aİ nümayəndələri buna qəzəbləniblər.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Fevral 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see282

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see270

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see261

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see257

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see255

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see241

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see240

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see239

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see235

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see231

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see221

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see218

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see218

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see217

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see212

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see211

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see207

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see205

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see199

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri