Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

ABB də xəbərdarlıqsız komissiya

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

“Trampın niyyəti Latın Amerikası və Karib hövzəsində nəzarəti təmin etməkdir” ŞƏRH

“Trampın niyyəti Latın Amerikası və Karib hövzəsində nəzarəti təmin etməkdir” ŞƏRH

Icma.az, Gununsesi saytına istinadən bildirir.

“Karib dənizi və bütövlükdə Karib hövzəsi son dövrlərdə geosiyasi gərginliyin mərkəzinə çevrilib. ABŞ-nin Venesuela sahillərində hərbi mövcudluğunu artırması rəsmi olaraq narkotik qaçaqmalçılığına qarşı mübarizə ilə izah edilsə də, proseslərin mahiyyəti daha dərin və sistemlidir. Bu, narkotiklərlə mübarizədən çox, ABŞ-ın Qərb yarımkürəsində dominantlığını bərpa etməyə yönəlmiş geosiyasi və geoiqtisadi strategiyanın tərkib hissəsidir”.

Gununsesi.info bildirir ki, bu fikirləri siyasi şərhçi Mürtəza Bünyadlı deyib:

“Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik olsa da, iqtisadi çöküş nəticəsində “uğursuz dövlət” kateqoriyasına yaxınlaşıb. Venesuelanın ümumi daxili məhsulu 2012-ci ildə 372,6 milyard dollar olsa da, bu həcm 2023-cü ildə 97,1 milyard dollara düşüb ki, bu da adambaşına real gəlirin 70 faizdən çox azalması deməkdir. Ölkədə yoxsulluq səviyyəsi təxminən 96 faiz təşkil edir. 2018-ci ildə infilyasiya qısa müddətə 130.000 faizə hiperinflyasiya həddinə çatıb. Son illərdə infilyasiya azalsa da, 2024-cü ildə infiyasiyanın həddi 50 faiz, 2025-ci ildə 72 faiz civarında olub.

Enerji resurslarının istifadəsiz qalması bu ölkəni böyük güclər üçün həm risk, həm də fürsətə çevirib. ABŞ üçün Venesuela təkcə problemli rejim deyil, həm də qlobal enerji bazarlarında uzunmüddətli üstünlük əldə etmək potensialıdır.

Çin uzun müddət Venesuelanın əsas kreditoru və neft alıcısı olub. Pekin kredit xətlərini neft tədarükü və infrastruktur layihələri ilə əlaqələndirərək klassik “yumşaq güc” modelini tətbiq edib. Lakin ABŞ sanksiyalarının sərtləşməsi və hasilatın azalması Çinin maraqlarını məhdudlaşdırıb.

2020-ci ildən sonra Çin investisiyalarını tədricən azaldıb, 2023-cü ildə isə hərbi texnika tədarükünü dayandırıb. Bu, Pekinin ABŞ-la Qərb yarımkürəsində açıq qarşıdurmadan qaçdığını və Venesuelanın Çin üçün strateji yükə çevrildiyini göstərir”.

O qeyd edib ki, Çindən fərqli olaraq, İran və Rusiya Venesuelada iqtisadi deyil, əsasən hərbi təsir mexanizmlərinə üstünlük verirlər:

“İranla imzalanmış uzunmüddətli hərbi tərəfdaşlıq sazişi dronlar, raket texnologiyası və əməliyyat təlimlərini əhatə edir. 2022-ci ildə Venesuela İran aarsında imzalanan iyirmi illik hərbi tərəfdaşlıq müqaviləsinə əsasən dronların, raket texnologiyasının və əməliyyat təliminin ötürülməsi daxildir. Şahed-131 döyüş dronları Marakaydakı “El Libertador” Hava Bazasında birbaşa İranın nəzarəti altında yığılır və istehsal olunur. Bu dronlar Rusiyanın Ukrayna və İranda İsrailə hücumlarında istifadə etdiyi modellərlə eynidir.

Venesuela Hərbi Dəniz Qüvvələri həmçinin İranın CM-90 gəmi əleyhinə raketləri və Zulfüqar sinifli raket qayıqları alıb. İranın rəhbərliyi altında Hizbullah şəbəkələri logistikanı əlaqələndirmək, hərbiləşdirilmiş qüvvələri işə götürmək və sanksiyalardan yayınmaq üçün Venesuela kəşfiyyatı ilə əməkdaşlıq edir. Bu, özünün iqtisadi zəifliklərinə baxmayaraq, İranın ABŞ materikindən bir neçə saatlıq məsafədə yerləşən güc proqnozlaşdırması üçün əməliyyat bazası kimi Venesuelada maraqlı olduğunu göstərir.

Rusiya isə daha çox texniki dəstək və diplomatik himayə rolunu oynayır. Ukrayna müharibəsi Moskvanın maliyyə və hərbi imkanlarını ciddi şəkildə məhdudlaşdırsa da, Venesuela Rusiyanın ABŞ-a qarşı simvolik təzyiq nöqtəsi olaraq qalır.

Venesuela kokain istehsalçısı deyil, əsasən tranzit ölkədir. Lakin Venesuela və İran Avropaya kokain qaçaqmalçılığını asanlaşdırmaqda həqiqətən də daha əhəmiyyətli rol oynayıblar. Son illərdə Avropa kokain təchizat zənciri əhəmiyyətli dərəcədə genişlənib və Qərbi Afrika əsas tranzit dəhlizinə çevrilib. Venesuela və İran aktyorları burada rol oynayırlar. «Insight Crime» tərəfindən sənədləşdirilən “Tren de Aragua” kartelinin rolu üzə çıxır. Bu cinayətkar təşkilat qlobal miqyasda genişlənib və təkcə narkotik ticarəti deyil, həm də insan alveri, şantaj və fahişəlik kimi genişmiqyaslı cinayətkar fəaliyyətlərə görə məsuliyyət daşıyır.

ABŞ kəşfiyyatının məlumatına görə, 2025-ci ilin sentyabr ayından bəri narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə edilən 19 hücumda ən azı 76 nəfər həlak olub. Lakin hücum edən gəmilərin əslində narkotik daşıdığına dair hələlik heç bir dəlil təqdim edilməyib. Bu, diqqətəlayiqdir, çünki narkotik əleyhinə ritorikanın qismən əsas məqsədi narkotiklərlə mübarizə aparmaq olmayan əməliyyatları haqlı çıxarmaq üçün istifadə edildiyini göstərir”.

Siyasi şərhçi vurğulayıb ki, Tramp administrasiyasının təhlükəsizlik strategiyası faktiki olaraq Monroe Doktrinasının sərtləşdirilmiş formasının bərpasıdır:

“Trampın yeni təhlükəsizlik strategiyası Qərb yarımkürəsində ABŞ-ın dominantlığına dair 200 illik doktrinası olan Monro Doktrinasını yenidən bərpa etmək niyyətini açıq şəkildə ifadə edir. Bu strategiya təkcə Venesuelaya deyil, həm də ABŞ-ın yüksələn rəqibləri, ilk növbədə Çin və Rusiya üzərində tarixi dominantlığını təsdiqləməyə çalışdığı regional güc münasibətlərinin hərtərəfli yenidən qurulmasına yönəlib. Strategiya sənədində deyilir: “Qitənin xaricindəki rəqiblərin orada hərbi qüvvələr və ya digər təhdid yaradan aktivlər yerləşdirməsinə və ya yarımkürəmizdə strateji əhəmiyyətli aktivlərə sahib olmasına və ya nəzarət etməsinə icazə verilməcək”. Bu isə o deməkdir ki, ABŞ Rusiya və Çini Karib hövəzsində Venesueladan sonra Panama və Panama kanalından, Meksika körfəzindən, Kubadan çıxarmaqda qərarlıdır.

Bir sözlə Trampın niyyəti Venesuelada həyata keçirdiyi plan bütövlükdə Latın Amerikası və Karib hövzəsində nəzarəti təmin etməkdir. Trampın Venesueladan sonra Karib hövzəsində növbəti əsas strateji hədəfi Panama kanalında, Meksika körfəzində və Kubada nəzarəti təmin etmək olacaq. Bununla da Tramp Qərb yarımkürəsində Çin, Rusiya və İranın hərbi-siyasi təsirini sıxışdırmaq, ABŞ-ın tarixi hegemonluğunu yenidən təsdiqləməkdir. Bu baxımdan da ABŞ-Venesuela qarşıdurması enerji resursları, təsir dairələri və qlobal güc balansı uğrunda mübarizə kimi xarakterizə edilməlidir. Karib hövzəsi bu mənada yeni dünya nizamının sınaq meydanına çevrilir. Venesuela isə bu strategiyanın həm hədəfi, həm də katalizatorudur. Qarşıdakı dövrdə baş verənlər təkcə bu ölkənin deyil, bütövlükdə Latın Amerikası və Karib regionunun gələcək geosiyasi xəritəsini müəyyən edəcək”.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 05 Yanvar 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see389

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see225

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see202

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see194

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see172

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see153

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see149

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see145

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see143

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see142

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see137

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see134

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see133

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see132

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see131

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see131

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri