Trampın andiçməsindən əvvəl venesuelalı silahlıların ABŞ sərhədçilərinə hücumları çoxalıb
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Venesuelanın "Tren de Aragua" cinayətkar qruplaşmasından olan quldurlar ABŞ-nin yeni seçilmiş Prezident Donald Trampın andiçmə mərasimindən əvvəl ölkəyə daxil olmaq üçün Texas ştatının El-Paso şəhərində yerləşən Meksika-ABŞ sərhəd-keçid məntəqələrinə hücumlar edirlər.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti Texas hüquq-mühafizə orqanlarının əməkdaşlarının daxili memorandumuna istinadən məlumat yayıb.
Qeyd olunur ki, hücum edənlər bıçaqla silahlanırlar və onlara mane olmağa çalışan sərhədçilərə hücum edəcəkləri ilə hədələyirlər. Belə ki, ötən həftə ərzində 20 silahlı şəxs ABŞ-yə daxil olmağa cəhd edib. Məlumata görə, dəstə üzvlərinin növbəti hücumunun yanvarın 1-də baş verəcəyi gözlənilir.
Təhlükəsizlik məsələləri üzrə mütəxəssislər qeyd edir ki, Meksikadan ABŞ sərhədini keçmək cəhdlərinin artması Donald Trampın yanvarın 20-də baş tutacaq inauqurasiya mərasimi ilə bağlıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 01 Yanvar 2025 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















