Icma.az
close
up
RU
Trampın Ankara səfəri iki əsas məqsədə xidmət edir AÇIQLAMA

Trampın Ankara səfəri iki əsas məqsədə xidmət edir AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Donald Trampın Türkiyəyə səfərini iki aspektdən qiymətləndirmək olar. Birinci aspekt NATO sammiti ilə bağlıdır. Tramp sammitdə iştirak etməklə ABŞ Prezidenti kimi ölkəsini və alyansın aparıcı üzvünü təmsil edəcək. O, Vaşinqtonun NATO-ya yanaşmasını, qlobal təhlükəsizlik məsələlərinə münasibətini və ABŞ-nin bundan sonrakı dövrdə beynəlxalq proseslərdə hansı mövqedən çıxış edəcəyini açıqlayacaq. Bu baxımdan səfərin əsas hissəsi daha çox rəsmi və protokol xarakteri daşıyır".

Bu barədə Redaktor.az-a ABŞ Prezidenti Donald Trampın Ankaraya olan səfərindən danışan politoloq Həşim Səhrablı bildirdi.

Onun sözlərinə görə, ikinci aspekt isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti əsasında keçiriləcək ikitərəfli görüşlə bağlıdır:

"NATO çərçivəsindən kənarda baş tutacaq bu görüşdə liderlər ABŞ-Türkiyə münasibətlərinin gələcəyini, regional və qlobal proseslərə yanaşmalarını, eləcə də əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Məhz bu ikinci istiqamət daha böyük maraq doğurur. Çünki ABŞ və Türkiyə müttəfiq olsalar da, son illərdə münasibətlərdə müəyyən gərginliklər yaşanır. Buna baxmayaraq, iki ölkənin təhlükəsizlik və strateji əməkdaşlıq baxımından bir-birinə ehtiyacı davam edir. Görüşdə əsas müzakirə mövzularından biri regional münaqişələr olacaq. Ukrayna məsələsində Ankara və Vaşinqtonun mövqeləri bir çox hallarda üst-üstə düşsə də, Yaxın Şərq siyasətində ciddi fikir ayrılıqları mövcuddur. Xüsusilə İsrail-İran qarşıdurması fonunda tərəflərin yanaşmaları fərqlənir. Türkiyənin İsraillə münasibətləri gərgin olduğu halda, ABŞ İsrailin əsas müttəfiqidir. Digər tərəfdən, Vaşinqtonla Tehran arasında münasibətlər son dərəcə gərgindir, lakin Ankara İranla qonşuluq və regional maraqlar çərçivəsində əməkdaşlığı davam etdirir. Bu baxımdan tərəflərin həm ortaq maraqları, həm də fikir ayrılığı yaratdığı məsələlər ətrafında geniş müzakirələrin aparılması gözləniləndir".

Siyasi şərhçi hesab edir ki, Ərdoğan bu görüşdən Türkiyənin milli maraqlarını daha qətiyyətlə gündəmə gətirmək üçün istifadə etməyə çalışacaq.

"Hazırda ABŞ qlobal miqyasda bir neçə böhranla eyni vaxtda üzləşib və etibarlı regional tərəfdaşlara əvvəlkindən daha çox ehtiyac duyur. Ankara da bu vəziyyəti öz mövqeyini gücləndirmək üçün fürsət kimi qiymətləndirə bilər. Görüşdə F-35 proqramı, müdafiə sənayesi sahəsində əməkdaşlıq, eləcə də Türkiyənin iqtisadi problemlərinin aradan qaldırılmasında ABŞ-nin oynaya biləcəyi rol kimi məsələlərin gündəmə gəlməsi mümkündür. Bununla yanaşı, yaxın perspektivdə konkret və fundamental nəticələrin əldə olunacağını gözləmirəm. ABŞ müəyyən çətinliklərlə üzləşsə də, hələ də qlobal proseslərə təsir imkanlarını qoruyur. Vaşinqtonun Türkiyə kimi regional gücə strateji üstünlüklər verəcək addımları atmağa hazır olub-olmadığı isə açıq sual olaraq qalır. Hətta Tramp belə bir iradə nümayiş etdirsə belə, ABŞ dövlət institutlarının buna hansı münasibəti göstərəcəyi də ayrıca müzakirə mövzusudur. Bununla belə, bir məqam aydındır: ABŞ artıq anlayır ki, mövcud geosiyasi şəraitdə təkbaşına hərəkət etməsi əvvəlki qədər asan deyil. Ona real hərbi potensiala, diplomatik təsir imkanlarına və regional nüfuza malik etibarlı tərəfdaşlar lazımdır. Türkiyə də bu tərəfdaşlardan biri olmaq potensialına sahib ölkələr sırasında yer alır", - deyə Səhrablı yekunlaşdırdı.

NURİYYƏ 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 İyul 2026 17:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri