Icma.az
close
up
RU
Trampın Bakıya mesajında İsrail detalı: Azərbaycanla bağlı mühüm təklif verildi

Trampın Bakıya mesajında İsrail detalı: Azərbaycanla bağlı mühüm təklif verildi

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Novruz bayramı ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda belə bir fikir var: “Mən Azərbaycana tərəfdaşımız İsraillə dostluğuna və bu ölkəyə göstərdiyi dəstəyə görə minnətdaram”.  Qeyd olunan cümlə bir daha onu deməyə əsas verir ki, Bakının Təl-Əvivlə əlaqələri ABŞ-Azərbaycan münasibətlərinə xüsusi təsir edir. Bu təsir Respublikaçılar Partiyasının dönəmində daha qabarıq şəkildə nəzərə çarpır.

Təəssüf ki, Azərbaycan və Türkiyədə bəlli dairələr, xüsusən İranın təsiri altında olan qruplar Azərbaycan-İsrail münasibətlərinə etiraz edir. Bakının Təl-Əvivlə əlaqələrini kökündən kəsməsini arzu edənlər də az deyil. Hətta Azərbaycanın ya Türkiyəni, ya da İsraili seçməli olduğunu iddia edənlər var.

Suriyada eskalasiyanın qarşısının alınması mexanizmini hazırlayan İsrail və Türkiyə işçi qruplarının Bakıda baş tutan ilk texniki görüşünün pozitiv atmosferdə keçməsi bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini əngəlləmir. Əksinə, bu münasibət ən kritik məqamlarda Ankaranın xeyrinə işləyir.

Təbii ki, belə radikallar siyasətdə naşı adamlardır. Ağıllı adamlar düşməni dosta çevirir, sadəlövh adamlar isə dostu özünə düşmən edir. İsrail ilə Azərbaycanın dostluğunun bu səviyyəyə çatması 30 ildən çox vaxt aparıb. Diletantlar deyir ki, 30 illik zəhmətin üstündən qara bir xətt çəkək. Kimə görə? Fələstinə görə. Kimə görə? İrana görə. Erməni yanlısı olan Fələstinə və İrana görə erməni məsələsində Azərbaycana ciddi səviyyədə dəstək verən İsrailə düşmən olmaq rasional yanaşma deyil.

İlham Əliyevin yaxşı bir sözü var. Deyir ki, Azərbaycan-İsrail münasibətləri aysberq kimi bir şeydir. Yəni suyun altında qalan, görünməyən tərəfi görünən tərəfindən dəfələrlə böyükdür.

Mənim baxışıma görə, Azərbaycanda kimin iqtidara gəlib-getməsindən asılı olmayaraq, rəsmi Bakı Türkiyə, İsrail və Böyük Britaniya ilə xüsusi münasibətlərini qoruyub saxlamalı və daha da inkişaf etdirməlidir. Bu ölkələr Azərbaycan üçün açar rolunu oynayır. O da aydındır ki, digər ölkələrlə də xoş münasibətdə olmağa çalışmaq lazımdır. Bu baxımdan qonşu Rusiya və İran xüsusi statusdadır. Bu ölkələrlə münasibətləri gərginləşdirməkdən qaçmaqda həmişə fayda var.

İsrailin də Azərbaycana münasibəti birmənalıdır. Deyirlər ki, ABŞ-dan sonra İsrailin ən yaxın dostu Azərbaycandır. “Endowment for Middle East Truth (EMET)” beyin mərkəzinin direktoru Joseph Epstein hələ orasını da vurğulayır ki, Azərbaycan İsrailə ABŞ-dan başqa hər hansı digər ölkədən daha yaxındır. “Lakin Vaşinqtondan fərqli olaraq, Bakı heç vaxt Fələstin münaqişəsi və ya başqa bir məsələ ilə əlaqədar Qüdsü təzyiq və təhdid etməyib”, – Epstein bildirir.

Bəzi analitiklər deyir ki, Azərbaycana ultra-müasir texnologiya, xüsusən hərbi texnologiya lazımdır. İsrailə isə neft gərəkdir. Ona görə də Azərbaycanla İsrailin bir-birinə ehtiyacı var. Şübhəsiz ki, bu faktor da İsrail-Azərbaycan münasibətlərində müəyyən rol oynayır. Ancaq başqa, daha dərin səbəblər də olmamış deyil.

Stereotiplərə inanmayın. İsrail-Azərbaycan əməkdaşlığı İrana qarşı əməkdaşlıqdan çox-çox kənara çıxır. Hər iki ölkə enerji, müdafiə, elm və kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailin neftə olan tələbatının 50%-ni ödəyir. İsrail isə öz növbəsində Azərbaycana silah idxalının təxminən 70%-ni qarşılayır.

“Qərb tərəfdaşlarının bir çoxu Qəzzadakı müharibəyə görə İsrailə qarşı çıxsa da, Azərbaycan İsrailin yanında qalıb”, – Epstein deyir. “Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələr yəhudi dövlətinə qarşı silah embarqosunda irəli-geri getsə də, Azərbaycan oktyabrın 7-dən və ondan sonrakı çox cəbhəli müharibədən sonra İsrailə enerji ixracatını artırıb”, – direktor vurğulayıb.

Bu əlaqələr professor Ze’ev Khanin və Alex Grinberg kimi ekspertlərin diqqətindən də yayınmayıb. Onlar bu yaxınlarda “Begin-Sadat Center” Strateji Araşdırmalar Mərkəzi üçün Azərbaycanın İsraillə uzunmüddətli və sabit dostluğunu təhlil ediblər. Ekspertlərin fikrincə, Prezident Donald Tramp Azərbaycanın İsraillə münasibətlərini rəsmi Bakının Amerika maraqları üçün faydalı olmasının əlaməti hesab etməlidir. Təhlildə Azərbaycanın İranla münasibətindəki bəlli gərginlik və Orta Dəhlizdə əsas dövlət kimi mövqeyinə diqqət çəkilir. Deyilir ki, Avropanın Rusiya qazından uzaqlaşdığı bir vaxtda bölgəyə mühüm alternativ enerji təchizatını məhz Azərbaycan həyata keçirir.

Qərbdə bu kimi beyin mərkəzlərinin hesabatları real siyasətə ciddi təsir edir. Yəni Donald Trampın İlham Əliyevə məktubunda İsrail məsələsinə toxunması təsadüfi deyil. Bu, belə beyin mərkəzlərinin tövsiyəsindən irəli gəlir.

Professor Epstein daha sonra deyir: “Azərbaycanın İsrailə gətirdiyi faydalar ABŞ-a daha geniş miqyasda töhfə verə bilər. Ancaq ondan istifadə etmək administrasiyadan siyasətdə dönüş tələb edir”. Söhbət hansı “U dönüşü”ndən gedir? ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-ın birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi. Deməli, Amerikadakı erməni lobbisinin sifarişi ilə 1992-ci ildə qəbul olunmuş düzəliş, 2001-ci ildə dondurulub. 2023-cü ildə isə erməni lobbisinin sifarişi ilə yenidən işə düşüb. Professor Epstein deyir ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması üçün 907-ci düzəliş aradan götürülməlidir. Bundan sonra 50-dən çox ABŞ ravvinləri Donald Trampa eyni xahişlə müraciət etmişdi. Bu ideyanın arxasında isə İsrailin Baş naziri Benyamin Netanyahunun dayandığı heç kəsə sirr deyil.

Onu da xüsusi qeyd etmək lazımdır ki, İrandan fərqli olaraq İsrail Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəhudi dövləti İranın süngü ilə qarşıladığı Turan dövlətinin yaranmasına da isti baxır.

“Azərbaycan İsrail ilə münasibətləri kəsməlidir” deyənlər mənə bizim klassik müxalifətin bir tezisini xatırladır: “Azərbaycan, daha doğrusu iqtidar tərəfini seçməlidir. Ya Qərbin yanında olmalıdır, ya da Rusiyanın”. Ancaq iqtidar belə etmədi. Sona qədər balanslaşdırılmış siyasət yeritdi. Tarix də, hadisələrin gedişi də sübut etdi ki, bu, ən optimal seçim idi.

Elbəyi Həsənli
Sürix

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see140

Ağ Ev Trampla görüşdə beş Afrika liderini alçaldıb

13 İyul 2025 21:00see121

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see119

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see118

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see117

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see116

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see114

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see114

Messi ardıcıl beşinci oyunda dubl etdi

13 İyul 2025 09:49see114

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see113

Azərbaycan korifeyi Stalin mükafatı komitəsində

13 İyul 2025 08:16see112

Dubay şeyxinin qızı Parisdə repper French Montana ilə görüşüb…

13 İyul 2025 21:07see111

Mahiri bu dəfə təpiklə dayandırdılar... qol vurdu və zədələndi!

13 İyul 2025 20:01see111

İsrail kosmosa ilk rabitə peykini buraxıb

13 İyul 2025 13:10see111

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see111

Yeni tikilən Gəncə stadionundakı durum Şəkillər

13 İyul 2025 19:55see111

Azərbaycan Rusiyadan şokolad idxal edən ilk 10 ölkə sırasına daxil oldu

13 İyul 2025 20:00see111

ABŞ senatorları Trampın Rusiyanın dondurulmuş aktivlərindən istifadə edə biləcəyinə inanırlar

13 İyul 2025 22:08see110

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see109

Tanınmış tar ifaçısı Zenfiranı yerə göyə sığdıra bilmədi

13 İyul 2025 17:39see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri