Icma.az
close
up
RU
Trampın bəzi ölkələrə səyahət qadağası tətbiq edəcəyi iddia edilir

Trampın bəzi ölkələrə səyahət qadağası tətbiq edəcəyi iddia edilir

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Trampın bəzi ölkələr üçün ABŞ-a yeni “səyahət qadağası” üzərində işlədiyi iddia edilir.

Banco.az xəbər verir ki, ABŞ-da Donald Tramp hökumətinin bəzi ölkələrə ABŞ-a səyahət qadağası və ya məhdudiyyətlər tətbiq edəcək yeni bir tənzimləmə üzərində işlədiyi iddia edilir.

“The New York Times”a danışan mövzuya yaxın iki rəsmi şəxs yeni qadağanın Trampın ilk prezidentlik dövründə qəbul etdiyi qadağa qərarından daha genişmiqyaslı olacağını bildirib.

ABŞ Dövlət Departamenti, Ədliyyə Nazirliyi, Daxili Təhlükəsizlik Nazirliyi və Milli Kəşfiyyat İdarəsi arasında yekunlaşdırılması üçün nəzərdən keçirilən yeni səyahət qadağası layihəsində ABŞ-ın milli təhlükəsizliyə təhdid kimi gördüyü bəzi ölkələrin “qırmızı”, “narıncı” və “sarı” olaraq təsnif ediləcəyi bildirilib.

Qırmızı kateqoriyaya daxil edilən ölkələrin vətəndaşlarına ABŞ-a tam səyahət qadağası tətbiq olunacağı, narıncı kateqoriyaya daxil olan ölkələrə isə müəyyən məhdudiyyətlər qoyulacağı qeyd edilib. Sarı kateqoriyaya düşən ölkələrə isə “çatışmazlıqlarını” aradan qaldırmaları üçün 60 gün müddət veriləcəyi bildirilib.

Narıncı və sarı kateqoriyadakı ölkələrlə bağlı ətraflı məlumat paylaşılmasa da, qırmızı kateqoriyada Trampın əvvəlki səyahət qadağasına daxil olan İran, Yəmən, Liviya, Somali, Sudan, Suriya, Şimali Koreya, Kuba və Venesuelanın yer alacağı, həmçinin siyahıya Əfqanıstan və Pakistanın da əlavə ediləcəyi iddia olunur.

Tramp ilk prezidentlik dövründə “ABŞ-ı terror hücumlarından qorumaq” səbəbi ilə bəzi ölkələrin vətəndaşlarına səyahət qadağası tətbiq etmiş və bu qərar uzun müddət mübahisələrə səbəb olmuşdu.

2024-cü ilin noyabrında keçirilən prezident seçkiləri kampaniyası zamanı Tramp yenidən seçiləcəyi təqdirdə, əhalisinin əksəriyyəti müsəlman olan bəzi ölkələrə qarşı ilk dövründə tətbiq etdiyi mübahisəli səyahət qadağasını daha geniş və güclü şəkildə geri gətirəcəyini bəyan etmişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://banco.az
archiveBu xəbər 10 Mart 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri