Icma.az
close
up
RU
Trampın bostanına ATILAN DAŞ Ermənistanla saziş yeni administrasiya üçün kağız parçasına ÇEVRİLƏCƏK?

Trampın bostanına ATILAN DAŞ Ermənistanla saziş yeni administrasiya üçün kağız parçasına ÇEVRİLƏCƏK?

Icma.az bildirir, Bizim media portalına istinadən.

Məlum olduğu kimi, ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb. Saziş Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinken tərəfindən Vaşinqtonda imzalanıb.
Bu kontekstdə müzakirə olunan mövzulardan biri də sözügedən sazişin Trampın Bakı-İrəvan xəttində balansı saxlamaq imkanlarını zəiflədə biləcəyi ilə bağlıdır. 
Yeni administrasiyanın Cənubi Qafqaz siyasəti hansı xəttlə inkişaf edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan ABŞ-nin sabiq səfiri Metyu Brayza bildirib ki, yeni administrasiyanın Cənubi Qafqazla bağlı siyasəti hələ ki, tam formalaşmayıb. 
"Üstəlik, strateji tərəfdaşlıq sazişi Bayden administrasiyası tərəfindən bağlanıb. Trampın qarşıdakı dönəmdə siyasəti hansı xəttlə inkişaf edəcəyi, sazişlə bağlı hansı qərar verəcəyi bəlli deyil",- o deyib.
 

MÖVZU İLƏ BAĞLI:
Tramp Ukraynaya hərbi yardımı DAYANDIRDI


Brayzanın sözlərinə görə, beynəlxalq hüquq prinsiplərinə görə, ABŞ bu razılaşmaya bundan sonra davam etməlidir:
"Prezident Tramp inauqurasiya nitqində dediyi kimi özünü “sülhməramlı” hesab edir. Ona görə də ümid edirəm ki, o, Azərbaycan prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Paşinyana hazırda üzərində işlədikləri sülh müqaviləsini yekunlaşdırmağa kömək etməyə çalışacaq. Lakin indiki situasiyada prezident Trampın belə bir yanaşmasının əlaməti görülmür",- deyə sabiq səfir diqqətə çatdırıb.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə qeyd edib ki, imzalanan saziş öhdəlik sənədi deyil:
"Tərəflər hər hansı bir öhdəliyi üzərinə götürmür. Bunu daha çox anlaşma, niyyətlər memorandomu kimi xarakterizə etmək olar. Perspektivdə sözügedən memorandomun əsasında konkret qərarlar qəbul edilə bilər. İndiki məqamda Bayden administrasiyasının belə bir təcili addımı Trampın bostanına daş atmaq kimi anlaşıldı".

O hesab edir ki, bu məsələ Tramp administrasiyasının gündəmində olmayacaq:
"Qısa bir müddət ərzində ABŞ-Ermənistan arasında hər hansı sənədin qəbulu hələ ki, sual altındadır.  Trampın hazırki mərhələdə Ermənistanla bağlı açıqlaması yoxdur. Əksinə ABŞ Dövlət Departamentinə yeni təyin olunan Mark Rubio Mərkəzi Asiya ilə münasibətləri gücləndirmək istədiklərini bildirdi. Siyahıda olan dövlətlərdən Qazaxıstan, Özbəkistan və ölkəmizin adını çəkdi. Fikrimcə, Azərbaycanın bu məsələdə öncəliyi kommunikasiyaları gücləndirməkdir",- deyə T.Zülfüqarov vurğulayıb.
Ayşən Rəhim, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 30 Yanvar 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see165

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see160

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see135

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see130

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see127

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri