Icma.az
close
up
RU
Статья не опубликована
Trampın bu addımı Volodimir Zelenskini qəzəbləndirib Politoloq

Trampın bu addımı Volodimir Zelenskini qəzəbləndirib Politoloq

Icma.az, Aznews.az saytına istinadən bildirir.

“Şübhəsiz ki, ABŞ-ın Rusiya ilə danışıqlara başlayaraq Ukraynanı kənarda saxlaması, Ukrayna üçün narahatlıq doğuran bir məsələdir. Bu narazılıq Ukrayna prezidenti tərəfindən Türkiyədə keçirilən mətbuat konfransında açıq şəkildə ifadə edildi. Bundan əlavə, ABŞ Ukraynaya göstərdiyi yardımları geri qaytarmaq üçün Ukrayna rəhbərliyinə təzyiq göstərir və faktiki olaraq şantaj siyasəti yürüdür. Hazırda Amerikanın mövqeyi, əslində, Vladimir Putinin mövqeyindən ciddi şəkildə fərqlənmir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Xatırladaq ki, son günlər ABŞ prezidenti Donald Trampın administrasiyası ilə Ukrayna rəhbərliyi arasında gərginlik müşahidə olunur. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenskinin Donald Trampın müəyyən tələblərini yerinə yetirməməsi tərəflər arasında ciddi narazılıq yaradıb. Gedişat onu göstərir ki, Tramp və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığından sonra ABŞ və Rusiya Ukraynada müharibənin dayandırılması üçün birbaşa danışıqlara başlamaq niyyətindədir. ABŞ-nin Kiyevi müzakirələrdən kənarda saxlaması isə prezident Zelenskini qəzəbləndirib.

Politoloq qeyd edib ki, Zelenskinin son açıqlamaları göstərir ki, Ukrayna müəyyən kompromislərə getməyə hazır ola bilər.

“Xüsusilə, ABŞ-ın maraqlandığı 500 milyard dollarlıq yeraltı sərvətlərlə bağlı kompromis variantları müzakirə oluna bilər. Ukrayna bildirir ki, ABŞ-ın onlara verdiyi yardımın məbləği rəsmi rəqəmlərlə üst-üstə düşmür. Mövcud vəziyyət göstərir ki, Ukrayna Rusiya tərəfindən hərbi təcavüzə məruz qaldığı kimi, ABŞ da onu iqtisadi baxımdan təzyiq altında saxlamağa çalışır. Belə bir şəraitdə Ukrayna çətin seçim qarşısında qalıb və ABŞ-ın müəyyən tələblərini qəbul etməyə məcbur ola bilər. Əks halda, vəziyyət daha da gərginləşə bilər. Trampın qərarlarına Avropa liderləri ilə görüşlər təsir edə bilərmi? Bu da böyük bir sualdır. Çünki yaxın günlərdə Fransa, İngiltərə və Polşa liderlərinin ABŞ-a səfərləri gözlənilir. Onlar Avropa təhlükəsizlik strukturu, transatlantik münasibətlər və Ukrayna məsələlərini müzakirə edəcəklər. Əgər bu görüşlər Trampın fikirlərində müəyyən dəyişikliklərə səbəb olsa, Ukraynaya göstərilən təzyiqlər nisbətən azala bilər. Lakin bunun baş verməsi ehtimalı azdır. Çünki Tramp və onun komandasının son açıqlamaları ABŞ-ın Ukraynaya münasibətində ciddi dəyişikliklərin olduğunu və əvvəlki administrasiya ilə razılaşdırılmış bəzi məsələlərdən geri çəkildiyini göstərir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Fevral 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri