Icma.az
close
up
RU
Böyük Qayıdış Azərbaycanın hərtərəfli inkişafına təkan verəcək POLİTOLOQ ŞƏRH ETDİ

Böyük Qayıdış Azərbaycanın hərtərəfli inkişafına təkan verəcək POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az saytına istinadən Icma.az xəbər verir.

"Əhalinin böyük əksəriyyəti, xüsusilə də Qarabağdan və doğma yurd-yuvalarından zorla qovulmuş insanların sayını da nəzərə alsaq, Bakı şəhərində ictimai sıxlıq bir neçə dəfə artmışdır. Bu baxımdan demoqrafik vəziyyəti tənzimləyəcək əsas amillərdən biri Böyük Qayıdış proqramıdır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, digər tərəfdən, Azərbaycanın ən münbit torpaqlarının – 20 faizlik ərazisinin – yenidən bərpası və kənd təsərrüfatının müasir idarəetmə üsulları ilə inkişafı prosesi baş verəcək: "Bu da iqtisadi cəhətdən həm kənd təsərrüfatı məhsulları ilə əhalinin özünütəminatını yüksəldəcək, həm də idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq.

Bununla yanaşı, həmin ərazilərdə sənaye və emal sahələrinin paralel inkişafı da nəzərdə tutulur ki, bu da Azərbaycanın sənayeləşmə prosesinə güclü təkan verəcək. Çünki bu ərazilərdə hər şey sıfırdan qurulur və bütün proseslər rəqəmsallaşdırılır. Eyni zamanda ənənəvi enerjidən çox, bərpa olunan enerji – külək, günəş və digər təmiz enerji mənbələrindən istifadə edilir. Bu, gələcəkdə Azərbaycanın digər bölgələrinə də bu təcrübənin köçürülməsini asanlaşdıracaq və gücləndirəcək.

Bu model idarəetmədə də öz əksini tapır. Prezidentin nümayəndəlik institutu artıq Qarabağ və Şərqi Zəngəzur bölgəsində tətbiq olunub. Bu perspektivdə həmin idarəetmə modeli Azərbaycanın digər bölgələrində də müasir yanaşmaların formalaşmasına nümunə olacaq.

Böyük Qayıdış – Qarabağ və Şərqi Zəngəzur sakinlərinin kütləvi şəkildə öz yurd-yuvalarına qayıtması və regionun inkişafı – bütövlükdə Azərbaycanın hərtərəfli inkişafına təkan verəcək. Lakin əgər biz bu inkişafı və insanların rifah halının yüksəldilməsini real mənada təmin etmək istəyiriksə, bu, yalnız ədalətli idarəetmə və bərabər bölgü prinsipləri əsasında mümkün olacaq.

Torpaqların kəndlilərə icarəyə verilməsindən tutmuş, kiçik təsərrüfat sahələrinin yaradılmasına qədər bir çox məsələlər ədalətli şəkildə həll edilməlidir. Əks halda, 30 il yurdlarından didərgin düşmüş və müxtəlif ədalətsizliklərlə üzləşmiş məcburi köçkünlər doğma yurdlarında da eyni problemlərlə qarşılaşsalar, bu, bütövlükdə Azərbaycanın mənəvi və sosial inkişafına müsbət təsir göstərməyəcək.

Ona görə də bu insanlarda öz doğma torpaqlarının əsl sahibləri olduqları hissi formalaşdırılmalıdır. Dövlət bu məsələdə xüsusilə həssas davranmalı, bütün rəsmi şəxslərin – prezidentin xüsusi nümayəndələrindən tutmuş yerli idarəetmə strukturlarına qədər – fəaliyyətinə ciddi nəzarət mexanizmi qurulmalıdır. Məqsəd odur ki, insanlar iş yerləri ilə təmin olunsun, əlavə qazanc imkanları yaradılsın və Qarabağlı gənclər öz torpaqlarında qalmaqda maraqlı olsunlar.

Yalnız binaların tikilib insanların ora köçürülməsi kifayət etmir. Eyni zamanda bu tikinti proseslərinə də ciddi nəzarət olunmalıdır. Çünki bəzi hallarda ciddi boşluqlar müşahidə edilir. Məsələn, Ağdamın Xıdırlıq kəndində yeni tikilmiş evlərin bir hissəsi yağış nəticəsində su altında qalıb. Həmçinin bəzi yeni binalarda yağış sularının damlardan axması halları da baş verir. Bu isə göstərir ki, tikintilər müəyyən hallarda standartlara uyğun həyata keçirilməyib və burada məsuliyyətsizlik, hətta mənimsəmə halları ola bilər. Buna görə də dövlət səviyyəsində ciddi nəzarət mexanizmi yaradılmalı, bu kimi qanun pozuntularına yol verən şəxslər cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Yalnız bu halda Böyük Qayıdış proqramı öz mahiyyətinə uyğun şəkildə – ədalətli, davamlı və insan mərkəzli formada həyata keçirilə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://sia.az
archiveBu xəbər 15 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qədim Kəlbəcərin NADİR GÖRÜNTÜLƏRİ: Tarixi körpünün restavrasiyaya ehtiyacı var

30 Noyabr 2025 16:48see187

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see152

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see149

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see139

Gəncədə maşın aşdı FOTO

30 Noyabr 2025 14:10see138

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see134

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see133

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see133

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see131

“Vətənə xəyanətin heç zaman bəraət yeri yoxdur”

30 Noyabr 2025 14:48see130

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see129

Trampın xanımı şirkət yaradacaq

30 Noyabr 2025 15:38see127

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see127

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see125

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see121

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see120

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see120

Rusiya FTX nin Əli Kərimliyə sifarişi: Saleh Rüstəmli vasitəçillik edib

30 Noyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri