Icma.az
close
up
RU
Trampın dəyişən ritorikası: Vaşinqton nəyə nail olmaq istəyir? ŞƏRH

Trampın dəyişən ritorikası: Vaşinqton nəyə nail olmaq istəyir? ŞƏRH

Icma.az, Bakupost saytına istinadən bildirir.


“Trampın Ukrayna müharibəsi ilə bağlı dəyişən ritorikası açıq suallar yaratdı: nə baş verir, Vaşinqtonun əsl hədəfi nə ola bilər? Daha öncə Ukraynanın ərazi güzəştinin qaçılmaz olduğunu deyən Tramp Nyu-Yorkda Zelenski ilə görüşdən sonra bəyan etdi ki, Kiyev müharibədə qalib gəlməyə və ərazilərini geri qaytarmağa qadirdir”.

Bakupost.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

““Ukrayna Avropa İttifaqının dəstəyi ilə ilkin sərhədləri daxilində döyüşmək və bütün ərazilərini geri almaq iqtidarındadır. Zaman keçdikcə Ukraynanın Avropanın, xüsusilə də NATO-nun maliyyə dəstəyi ilə müharibənin başladığı ilkin sərhədləri bərpa etməsi real variantdır” deyən Tramp Rusiyanı “kağız pələng”ə bənzədib, Zelenskinin cəsarətinə heyran olduğunu deyib”, - o qeyd edib.

A.Nərimanlının fikrincə, ilk baxışdan, Trampın dəyişən ritorikasının Rusiyanın Ukraynada işğal siyasətindən əl çəkməməsi, Putinin razılaşma üçün ağır şərtlər irəli sürməsindən qaynaqlandığı görünür:

“Mövcud vəziyyət bundan ibarətdir. Amerika mediası da yazır ki, Trampın mövqeyinin dəyişməsində müşavirlərinin fikirləri və Zelenskinin geri çəkilməməsi müstəsna rol oynayıb. ABŞ-də dəyişən ritorikanın praktiki müstəvidə nəticə verəcəyi gözləntisi, həmçinin, bu mövqeyin nə qədər davamlı olacağı isə sual altında qalmaqda davam edir”.

Şərhçi bildirib ki, Trampın açıqlaması xüsusilə “Ukraynanın Avropa və NATO-nun maliyyə dəstəyi ilə müharibədə qalib gəlməsi” haqda dedikləri kontekstində ABŞ-nin gerçək hədəfinə dair müəyyən təxminləri önə çıxarır:

“Ukrayna məsələsini qısa müddətdə həll etməyə çalışan ABŞ prezidentinin Aİ və NATO-nu Kiyevi dəstəkləməyə, müharibəni davam etdirməyə sövq etməsi, hətta “Avropa hava məkanını pozan Rusiya təyyarələrinin NATO tərəfindən vurulması” çağırışı diqqətçəkəndir. O da diqqətdən yayınmır ki, ABŞ prosesə müdaxilə etməyəcək, əvəzində Trampın da dediyi kimi, Ukraynaya verməsi üçün Şimal Alyansına silah tədarükünü davam etdirəcək.

ABŞ-nin burada fərqli oyun qaydalarını tətbiq etdiyi və üç hədəfə nail olmaq istədiyi istisna edilməməlidir.

Birincisi, silah satışıdır: Ukraynaya silah yardımını dayandıran Vaşinqton Amerika silahlarını Kiyevə verməsi üçün NATO-ya satır və silah sənayesini varlandırır. NATO aqvust ayında Ukraynaya vermək üçün ABŞ-dan 2 milyard dollarlıq silah alıb.

İkincisi, ABŞ kənara çəkilərək, Ukraynanın dəstəklənməsini Avropa İttifaqının üzərinə qoyur: bununla Vaşinqtonun Kiyevə dəstək verməməsi, Moskva ilə anlaşması ittihamlarından da yayınır.

Üçüncüsü, Trampın ritorikasının dəyişməsində Rusiyaya təzyiq məqsədi var".

A.Nərimanlı qeyd edib ki, baş verənlərdə ABŞ və Rusiyanın pərdəarxası razılaşması ehtimalı da mümkün variant kimi nəzərdən keçirilə bilər:

“Hadisələrin bu istiqamətdə inkişafının Tramp və Putinin Alyaska görüşündən sonraya təsadüf etməsi də diqqəti bu ehtimala yönəldir.

ABŞ nə istəyir, Rusiya nə edir?

Trampın Ukrayna müharibəsini bitirməsi “sülhün əldə” edilməsindən daha çox, geosiyasi planlara – Çinlə mübarizədə Rusiya ilə anlaşmağa, Avrasiyada ABŞ-nin mövqelərinə yarana biləcək riskləri aradan qaldırmağa hesablanıb. Bunun üçün öncə Ukrayna məsələsi həll edilməlidir. Lakin Ağ Evə gəlişindən sonra Trampın müharibənin Rusiyanın şərtləri çərçivəsində həll edilməsi planları Avropanın dəstəyi ilə Kiyev tərəfindən qəbul edilmir. İstisna deyil ki, Tramp Administrasiyası kənara çəkilərək, Avropanı/NATO-nu Rusiya ilə üz-üzə qoyur: məqsəd müharibə arealının yayılması və təhlükəsizlik riskləri ilə üzləşən Avropanı sonda Vaşinqtonun Ukrayna planı ilə razılaşmaya məcbur etməkdir. ABŞ Avropaya mesaj verir ki, bizim həll planımızla razılaşmırsınızsa, o zaman, döyüşün”.

Şərhçi vurğulayıb ki, bu fonda Rusiyanın NATO-nun nəzarət zonasına müdaxiləsi də eyni planın tərkib hissəsi kimi görünür:

“Avropanın dəstək gözlədiyi ABŞ geri çəkilərək, NATO-dakı müttəfiqlərini ön cəbhəyə sürükləyir;

Rusiya dron hücumları ilə Avropanın təhlükəsizliyini təhdid edərək, müharibənin yayılması şantajına əl atır;

Avropa seçim qarşısındadır: ya Rusiyanın hücumlarına ABŞ-ın dəstəyi olmadan cavab verməli və aktiv şəkildə müharibəyə qoşulmalı, ya da Kiyevə dəstəyi dayandırmalı, Ukrayna planını qəbul etməlidir.

Trampın Ukrayna ilə bağlı dəyişən ritorikasına bu kontekstdən də baxa bilərik”.

Lalə, BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Sentyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri