Icma.az
close
up
RU
Trampın ən xoş günü: şatdaun sona çatdı

Trampın ən xoş günü: şatdaun sona çatdı

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, CNN telekanalının məlumatına görə, ABŞ Konqresinin hər iki palatasının təsdiqlədiyi sənəd 30 yanvar 2026-cı il tarixinədək hökumətin maliyyələşməni təmin edir və federal agentliklərə 43 günlük şatdaundan sonra dərhal fəaliyyətini bərpa etməyə imkan verir.
Xatırladaq ki, rekord vuran şatdaun respublikaçılar və demokratlar arasında qarşıdurma nəticəsində yaşanıb. Demokratlar büdcə qanun layihəsini təsdiqləməkdən imtina etdi. Çünki büdcə layihəsi 2025-ci ilin sonunda bitəcək Əlçatan Səhiyyə Qanunu (həmçinin Obamacare kimi tanınır) çərçivəsində subsidiyaların ayrılması müddətinin uzadılmasını nəzərdə tutmurdu.
Qanun layihəsinin qəbulu bir qrup mötədil demokrat və bir müstəqil senatorun partiya xəttindən kənara çıxması ilə mümkün olub. Demokratlar partiyasının mütərəqqi qanadının sərt tənqidinə baxmayaraq, onlar böhranın daha da uzadılmasının daha yaxşı nəticəyə gətirib çıxarmayacağını bəyan ediblər. Sonda qanun layihəsini 60 senator dəstəkləyib.
Noyabrın 12-də Nümayəndələr Palatası onu təsdiqlədikdən sonra sənədi ABŞ prezidenti Donald Tramp imzalayıb.
Qanunun imzalanması zamanı Tramp seçiciləri növbəti seçkilərdə şatdaunu xatırlamağa çağırıb.
“Demokratlar milyonlarla amerikalının əziyyət çəkdiyinə sevinirdilər. Heç kim heç vaxt belə bir şey görməmişdir. Bu gün isə gözəl bir gündür”, - Amerika lideri vurğulayıb.
Bununla belə, böhrana səbəb olan əsas məsələ həll olunmamış qalır: respublikaçı senatorlar Obamacare subsidiyalarının uzadılması ilə bağlı ayrıca səsvermə keçirilməsinə zəmanət yox, yalnız söz veriblər. Növbəti 2,5 ayda Konqres üzvləri tam hüquqlu federal büdcənin qəbulu ilə bağlı danışıqlar aparacaqlar.
Xatırladaq ki, şatdaun dövründə təxminən 700 min federal işçi ödənişsiz məzuniyyətə göndərilib, bəziləri isə işdən çıxarıldıqları barədə bildirişlər alıb. Milli Qvardiyanın hərbçiləri, polislər, aviadispetçerlər və nəqliyyat işçiləri maaş almadan işləməyə məcbur olublar.
Maliyyə çatışmazlığı 42 milyona yaxın amerikalıya xidmət göstərən Əlavə Qidalanma Yardım Proqramının (SNAP) da işində fasilələr yaradıb.
Müvəqqəti büdcə qanunu imzalandıqdan sonra dövlət qurumları normal fəaliyyətə qayıdacaq, dövlət qulluqçularına verilməmiş əmək haqları ödəniləcək.
Donald Tramp həmçinin şatdaun zamanı işini davam etdirən hava nəqliyyatı dispetçerlərinə 10 min dollar bonus ödəməyi tövsiyə edib. Bundan əlavə, ikitərəfli razılaşma, ixtisar bildirişi almış federal əməkdaşların iş yerlərini saxlamalarını təmin edir.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Noyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see688

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see398

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see243

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see221

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see198

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see195

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see193

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see192

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see189

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see186

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see186

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see183

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see181

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see177

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see176

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see175

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see174

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see160

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri