Icma.az
close
up
RU
Trampın ən yaxın adamı Bakını nişan verdi

Trampın ən yaxın adamı Bakını nişan verdi

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması ölkəmizə nə vəd edəcək?

Azərbaycan tezliklə “İbrahim sazişləri”nə qoşula biləcək ölkələr sırasındadır. APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof “Breitbart”a müsahibəsində bildirib. Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində bu sazişə 4-6 ölkə, o cümlədən Azərbaycan, Ermənistan, Suriya və Livan qoşula bilər.

Yada salaq ki, ABŞ-ın 50-dən çox yəhudi ravvini “İbrahim sazişləri”nın genişləndirilməsi və türk dövlətlərini (Azərbaycan, Qazaxıstan və Özbəkistan) ora daxil etməklə bağlı ABŞ Prezidenti Donald Trampa müraciət edib. Eyni zamanda artıq bir müddətdir ki, Azərbaycanın “İbrahim sazişləri” çərçivəsinə qoşulacağı müzakirə edilir.

Bu barədə ABŞ-ın “Forbes” jurnalında məqalə dərc edilib. Yazıda “İbrahim sazişləri” çərçivəsinə qoşulmaq üçün namizəd olan ölkələrdən birinin Azərbaycan olduğu qeyd edilib.

“İbrahim sazişləri (Abraham Accords)” siyasi termin olaraq ilk dəfə ABŞ Prezidenti Donald Tramp və onun yeznəsi Jared Kuşner tərəfindən dilə gətirilib.

“İbrahim sazişləri” 2020-ci ildə rəsmi olaraq tətbiq olunmağa başlamış ərəb dövlətləri və İsrail arasında barışığı ehtiva edən plandır. Planın iki əsas hissəsi var, birincisi, Fələstin münaqişəsinin həlli və yeni Fələstin dövlətinin yaradılması, mövcud torpaqların BMT qərarlarından fərqli şəkildə, daha çox İsrailin xeyrinə bölüşdürülməsidir. İkinci hissəsi isə ərəb region ölkələri ilə İsrail arasında barışıq prosesidir.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, regionun siyasi və iqtisadi konfiqurasiyasında mühüm rol oynayan ölkəmiz eyni zamanda qlobal miqyasda etibarlı tərəfdaşa və söz sahibi olan dövlətə çevrilib: “ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkofun Azərbaycanın "İbrahim sazişi"nə qoşulma ehtimalını bildirməsi ölkəmizin mədəniyyətlərarası dialoqun təşviqində qazandığı uğurların və yüksək rolun göstəricisidir. 2020-ci ildə ABŞ-ın vasitəçiliyi ilə İsrail və bir sıra ərəb ölkələri arasında imzalanan “İbrahim sazişləri” Yaxın Şərqin geosiyasi münasibətlər sistemində əsaslı dönüş nöqtəsi kimi qiymətləndirilir. Məhz bu səbəbdən sözügedən saziş İslam dünyası və Təl-Əviv arasında yaxınlaşmanın rəmzinə çevrilib. Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Sudan və Bəhreyn kimi dövlətlər İsraillə diplomatik əlaqələr qurmaqla yanaşı, iqtisadi və təhlükəsizlik əməkdaşlıqlarını da genişləndirirlər. Azərbaycanın “İbrahim sazişləri”nə potensial qoşulma ehtimalı, sadəcə, diplomatik gediş deyil, regionun gələcəyini yenidən müəyyənləşdirə biləcək tarixi addımdır. Bu qərar sayəsində ölkəmiz üçün yeni investisiya imkanları açılacaq, Qərb və İsraillə hərbi texniki əməkdaşlıq daha da inkişaf edəcək və Şərqlə Qərb arasında mühüm strateji mərkəz kimi rolu artacaq. Azərbaycan və İsrail arasında uzun illərdir yüksək səviyyəli strateji tərəfdaşlıq mövcuddur. Tərəflərin enerji, müdafiə sənayesi və texnologiya sahələrində əməkdaşlığı yüksək səviyyədədir. Bununla yanaşı, rəsmi Bakı İslam dünyasının bir parçası olaraq Təl-Əvivin müsəlman dövlətləri ilə münasibətlər qurmasında vasitəçilik rolunu artıra bilər. Bununla paralel, hesab edirəm ki, mövcud situasiya, yəni Bakının “İbrahim sazişi”nə qoşulma ehtimalı Fələstin məsələsinin həllinə öz töhfəsini verəcək".

Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlının fikrincə, Bakı üçün Ankaranın da bu məsələdəki mövqeyi çox vacibdir: “Azərbaycanın bu sazişə qoşulmasının müsbət perspektivləri var. Burada təhlükəsizlik amilinin güclənməsi, İsrailin texnoloji imkanlarına çıxışın genişlənməsi, o cümlədən sazişdə yer alan ərəb ölkələri ilə iqtisadi-siyasi münasibətlərin genişlənməsi, Yaxın Şərqdə mövqelərimizin möhkləmləndirilməsi kimi dividentlər qazanmaq mümkündür. Eyni zamanda ABŞ tərəfindən 907-ci düzəlişin ləğvi də reallaşa bilər. Lakin fikrimcə, iki məsələ Azərbaycan üçün həlledici ola bilər.

Birincisi, Ermənistanla sülh sazişinin imzalanmasıdır. ABŞ Ermənistanın da sazişə qoşulmasını istəyir və bunun üçün əvvəlcə Azərbaycanla sülh sazişi imzalanmalıdır. Tramp Administrasiyası sülh sazişinin hansı prinsiplər çərçivəsində imzalanmasına razı olacaq, Azərbaycanın haqlı tələbləri nəzərə alınacaqmı, Zəngəzur dəhlizinin açılmasına yanaşması necə olacaq? Bu suallara yanaşması Bakının mövqeyinə təsir edə bilər. İkincisi, Azərbaycanın strateji müttəfiqi olan Türkiyənin məsələyə yanaşmasıdır. Çünki “İbrahim sazişləri”nin ana hədəfi İsrail vektorlu güc ittifaqının formalaşdırılmasıdır ki, bu da Türkiyənin regional maraqları ilə toqquşa bilər. Bakı üçün Ankaranın da mövqeyinin əsas olacağını düşünürəm".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:246
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 May 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri