Icma.az
close
up
RU
Trampın Hədəfi: Dünya Geopolitikasında Yeni Dövrün Başlanğıcı?

Trampın Hədəfi: Dünya Geopolitikasında Yeni Dövrün Başlanğıcı?

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hazırda dünyanın düzəni dəyişir. Yaxın Şərqdə baş verənlər, eyni zamanda Rusiya-Ukrayna müharibəsi dünyanın geopolitik mənzərəsinin dəyişdiyini deyir.Tramp səlahiyyətlərinin icrasına başladıqdan sonra bu istiqamətlərdə dəyişikliklərin olacağı ehtimalları artır. Beynəlxalq ekspertlər hesab edir ki, Trampın gəlişiylə vəziyyət daha da gərginləşəcək. Hər kəs Trampın müharibə fikrində olmadığını, ancaq iqtisadi maraqlar  üçün addımlar atacağını desə də, onun məqsədi 43 milyonluq Kanadanı ABŞ-ın 51-ci ştatı etmək, Panama kanalını və  Qrelandiyanı ələ keçirməkdir. Bəs Trampın gəlişi nələrə səbəb olacaq?

Bu barədə Moderator.az-a danışan politoloq Natiq Miri dünyada beynəlxalq münasibətlər sisteminin  tamamilə dəyişdiyini, beynəlxalq hüququn ayaqlar altında olduğunu şərh edib.
Politoloq qeyd edib ki, məhz bunun nəticəsidir ki, Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampla Rusiya prezidenti arasında görüş və  Ukrayna- Rusiya müharibəsinin bitirilməsi ilə bağlı konkret yanaşma tərzi beynəlxalq hüquq çərçivəsində baş vermir:
“Hansı ki, bu, beynəlxalq hüquq prinsipləri çərçivəsində baş verməlidir, çünki ortada bir işğal faktı var. Danışıqların mövzusu işğalın aradan qaldırılması olmalı olduğu halda, hazırda müzakirələr işğal edilmiş ərazilərin Rusiyada qalması və ilhaq olunması, Ukraynanın zəiflədilməsi, NATO-dan imtina etməsi kimi ciddi tələblər üzərində cəmləşir. Bu faktın özü də göstərir ki, dünyada geosiyasi dəyişikliklər baş verir-  status kvo dəyişib və buna uyğun davranmaq istəyən qlobal güclər var. Əgər dünya yenidən şəkillənirsə, ABŞ- da özünün geosiyasi, geoiqtisadi maraqlarını nəzərə alaraq bu dəyişikliklərə uyğun davranmaq istəyindədir. Doğrudur, Kanadanın ABŞ- ın 51-ci ştatı olması kimi qeyri- ciddi məsələlər müzakirə olunur. Bu daha çox Kanadaya təzyiq etmək xarakteri daşıyır. Bu təsir Kanadanın ABŞ- a ixrac etdiyi bəzi məhsullarda faiz artırımı ilə bilavasitə bağlıdır. Kanadanın işğal olunması kimi məsələlər reallığı əks etdirmir. Ancaq Panama, Qrelandiya həm geosiyasi, həm də geoiqtisadi əhəmiyyətə malik olduğu üçün  əsas müzakirə oluan məsələlərdir. ABŞ- ı narahat edən əsas məsələ Çinin təsir imkanlarının  böyüməsidir. ABŞ -da buna imkan vermək istəmir və bunun qarşısını almaq istəyir. Həmin ərazilərdə təkcə Çinin deyil, Rusiyanın da çox ciddi maraqları var.  Arktikada gələcək prespektiv  ABŞ, Çin, Rusiya qarşıdurmasına gətirib çıxarda bilər. Donald Trampın istəyi məhz buna hazırlıq kontekstindədir. Arktikanın faydalı qazıntıları  böyük güclərin marağına səbəb olur. Ona görə də həm Panama, həm Qrelandiya adası kontekstində ABŞ -ın hərəkətə keçməsi mümkündü. Gələcək mübarizə predmetlərindən biri də məhz bu amillərlə bağlıdır”.

N.Miri diqqətə çatdırıb ki, Trampın öz səahiyyətlərinin icrasına başladıqdan sonra hadisələrin hansı məcrada inkişaf edəcəyi beynəlxalq münasibətlər sisteminin formalaşması ilə əlaqədardır. Bu sistem oturuşana qədər kataklizmlər, böhranlar olacaq:
 “Məsələn,  Yaxın Şərqdə Həmas -İsrail artıq atəşkəs anlaşmasına çox yaxındırlar. Bu anlaşma baş verərsə, İsrail qoşunları Qəzzadan çıxarılacaq. Bu hadisə dolayısı ilə Donald Trampın kənardan prosesə təsiri ilə əlaqəlidir. Qətərin Doha şəhərində  aparılan danışıqlarda Donald Trampın nümayəndəsi də iştirak edib və İsrail tərəfinə təzyiq edib ki, Donald Tramp hakimiyyətə gələnə  qədər bu anlaşma əldə olunmalıdır. Əgər anlaşma əldə olunarsa, bu, Yaxın Şərqdə sülhə böyük töhfə olacaq. 
Başqa tərəfdən, İsrailin  narahatlıqlarından biri də İranın nüvə mərkəzləri ilə bağlıdır. İsrail tərəfi düşünür ki, İran nüvə silahının əldə olunmasına çox yaxındır. Bu kontekstdə İsrailin İranın nüvə mərkəzlərini vurması ehtimalı da böyükdür. Bu məsələdə  Donald Trampın maraqlı olduğu və hətta İsrailə bu yöndə yaşıl işıq yandıracağı ilə bağlı narahatlıqlar var. Çünki Donald Tramp bunu bir neçə dəfə dilə gətirib və artıq İran bu qarşıdurma ilə bağlı hazırlıqlara başlayıb.  Bunları nəzərə aldıqda, müharibə, qarşıdurma təhlükəsinin paralel yürüyəcəyi istisna edilmir. Və əlbəttə ki, bunun adı belə olacaq ki, bu, perspektivdə yalnız strateji baxımdan bütövlükdə qlobal sülhə xidmət edir. Çünki İranın nüvə silahı əldə etməsi sadəcə region ölkələri üçün yox, bütün dünya üçün təhlükələr vəd edir. Məsələni bu şəkildə qoyaraq ABŞ və İsrail  bu cür hərbi əməliyyatlar həyata keçirilə bilər. Ukrayna- Rusiya müharibəsi yaxın bir neçə ayda bitərsə, atəşkəs təmin olunarsa, qlobal səviyyədə sülhə müəyyən mənada təminat verməklə bağlı  Donald Trampın siyasi uğurları hesabına qeyd ediləcək.
 Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının  da Donald Tramp dönəmində baş tutma ehtimalı böyükdür. Əgər bu baş verərsə, bu Donald Trampın siyasi uğurlarının hesabına yazılacaq. Ona görə də bu cür proqnozlar var və müəyyən siyasi gedişlərlə bunu əsaslandırmaq mümkündür. Ancaq konkret necə olacaq? Bunu Donald Trampın administrasiyasının fəaliyyətə başlamasından sonra daha konkret görmək mümkün olacaq”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:212
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see356

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see310

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see272

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see257

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see255

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see244

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see237

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see234

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see231

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see219

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see219

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see217

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see211

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see210

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see205

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see205

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see205

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri