Icma.az
close
up
RU
Trampın iqtisadi görünən siyasi təzyiqləri Qərb və qonşu ölkələrlə soyuq müharibələrə zəmin yaradır

Trampın iqtisadi görünən siyasi təzyiqləri Qərb və qonşu ölkələrlə soyuq müharibələrə zəmin yaradır

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trampın öz məhsullarına rüsum tətbiq etməsindən sonra Kanada və Meksika Amerika mallarına 25 faizlik gömrük rüsumlarını tətbiq ediblər. Ağ Ev rəsmiləri prezident Donald Trampın Meksika və Kanadadan gələn mallara 25%, Çindən gələn mallara isə 10% rüsum tətbiq etdiyini açıqlayıb. Ağ Ev rəsmisi bildirib ki, tariflər fevralın 4-də hər bir ölkə üçün imzalanmış üç ayrı icra sərəncamı vasitəsilə tətbiq ediləcək. İdxalçılar bu yüksək vergilərin xərclərinin bir hissəsini istehlakçılara ötürməyə meylli olduqları üçün bu böyüklükdəki tariflərin Amerika istehlakçıları tərəfindən ödənilən qiymətləri artıracağı ehtimal edilir. Kanadanın baş naziri Castin Trudo və Meksika prezidenti Klaudiya Şeynbaum şənbə günü axşam tariflərə cavab veriblər. Trudo, Kanadanın 155 milyard dollarlıq Amerika mallarına 25% tarif tətbiq edəcəyini deyib. "Bura çərşənbə axşamından etibarən qüvvəyə minəcək 30 milyard dollarlıq mallara dərhal tariflər və ardınca 21 gün ərzində 125 milyard dollarlıq Amerika mallarına əlavə rüsumlar daxildir", - baş nazir bildirib. Trudo kanadalıları ərzaq mağazalarında etiketləri oxumağa və "Kentukki burbonundan Kanada viskisi"ni seçməyə, Florida portağal suyundan qaçmağa və Kanada daxilində yerləri ziyarət etmək üçün "yay tətili planlarını dəyişdirməyə" çağırıb.ABŞ prezidenti Donald Trampın başlatdığı iqtisadi görünən siyasi müharibədə hansı tərəf nə qədər uduzacaq?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Trampın hakimiyyətə gəlişindən sonra müəyyən mənada iqtisadi münaisbətlərdə gərginliklərin olacağı müşahidə edilirdi.

Tural İsmayılov

“ABŞ prezidenti Donald Tramp təkcə siyasi mövzularda deyil, eyni zamanda iqtisadi mövzularda da çox sərt siyasətin tərəfdarıdır. Sərt siyasətin tərəfdarı olmaqla yanaşı, həm də iqtisadi siyasətdə də Donald Trampın mövqeyi neomühafizəkarlıq yanaşmasına söykənir. Bu yanaşma onu göstərirdi ki, ABŞ-ın ticarət partnyoru olan tərəflərlə arasında çox ciddi problemlər yaranacaq. Hakimiyyətinin ilk günlərindən Trampın iqtisadi mənada vergi-gömrük rüsumları ilə bağlı tətbiq etdiyi bir sıra qanunlar ABŞ-la xarici ölkələr arasında, xüsusilə ABŞ-ın sağlam ticarət əlaqələri olan ölkələrlə soyuq müharibələrə səbəb olmağa başlayıb. Aydın məsələsdir ki, Almaniya başda olmaqla Qərbi Avropa ölkələrinin bir sıra hissəsi və eyni zamanda ABŞ-a yaxın əlaqələri olan sərhəd qonşuluğunda yerləşən Meksika və Kanadanın Trampın qərarlarına daha kəskin reaksiya verəcəyi ortadadır. Şübhəsiz ki, qarşılıqlı şəkildə tərəflərin gömrük rüsumlarını qaldırması həmin ölkələrin əhalisinə ciddi təsir göstərəcək. Çünki ABŞ-dan gələn mallara digər ölkələrin də yeni rüsumlar tətbiq etməsi Amerikanın daxilində də qiymətlərin artmasına səbəb olacaq”-deyən politoloq qeyd edib ki, bütün bu nizamsız iqtisadi proseslər nəticədə ciddi şəkildə siyasi qarşıdurmaya səbəb ola bilər.

Tural İsmayılovun fikrincə, Trampın bundan sonra rüsumları dəfələrlə artırması inandırıcı görünmür, çünki Tramp hakimiyyətinin ilk dövründə problemli görünən bir çox məsələləri yerində həll etmək istəyir.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 03 Fevral 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see261

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see146

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see138

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri