Icma.az
close
up
RU
Trampın iqtisadi gücü kimlər olacaq?

Trampın iqtisadi gücü kimlər olacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki addan biri olan Hovard Lutnickin adı Xəzinədarlıq Nazirliyinə rəhbərlik üçün hallanır.

Robert Lighthizer və Jay Claytonun adları ilə yanaşı, İlon Maskın kabinetdə məsləhətçi kimi çalışacağı gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, Donald Tramp ABŞ-də keçirilən prezident seçkilərində qalib gəldikdən sonra yeni prezidentin iqtisadi heyətinə müəyyən adların daxil edilməsi ilə bağlı qızğın müzakirələr gedir. Noyabrın 5-də ABŞ-də keçirilən və Trampın qalib gəldiyi prezident seçkilərindən sonra ictimaiyyət "Trampın kabinetində kim olacaq?" sualı verilməyə başladı. 

2025-ci il yanvarın 20-də and içəcək Trampın formalaşdıracağı kabinetdə xarici işlər, müdafiə, xəzinədarlıq, ədliyyə və milli təhlükəsizlik müşavirləri əsas yer tutacaq. İnvestorlar, keçmiş kabinet üzvləri və iş adamları kabinetin ən mühüm yerlərindən biri olan Xəzinədarlıq Nazirliyi üçün adıçəkilən şəxslər arasındadır. Məşhur investor və Trampın keçid prosesini idarə etmək üçün seçdiyi iki addan biri olan Hovard Lutnickin adı bu nazirlik üçün hallanır. 

Trampa yaxınlığı ilə tanınan Lutnick seçki dövründə ona külli miqdarda ianə ilə diqqət çəkib. İlk dövründə Trampın kabinetində 4 il ticarət nümayəndəsi vəzifəsində çalışan Robert Lighthizer də Xəzinədarlıq Nazirliyi üçün adı çəkilənlər arasındadır. Digər tərəfdən Trampın ilk prezidentliyi dövründə Kapital Bazarları Şurasına sədrlik edən Cey Kleyton, Milli İqtisadiyyat Şurasında da rol oynayan Larri Kudlou və milyarder investor Con Paulson kimi adlar da bu siyahıda yer alır. Kampaniya zamanı Trampa güclü dəstək verən amerikalı milyarder sahibkar İlon Maskın da kabinetdə müşavir vəzifəsində çalışacağı gözlənilir.

ABŞ-nin yeni prezidenti Trampın təyinatını gözləyən 4000-dən çox vəzifədən təxminən 1200-ü Senatın təsdiqinə tabedir. 2016-cı ildə prezident olan Tramp Senatda əksəriyyət demokratların əlində olduğu üçün bir çox namizədinin təsdiq proseslərini uzun müddət gözləməli olub. Trampın yeni kabinetini, xüsusilə də nazirlikləri formalaşdıracaq adların Senatda bu dəfə daha qısa müddətdə təsdiqlənməsi gözlənilir.

Nigar 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Noyabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see714

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see350

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see349

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see318

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see306

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see302

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see283

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see281

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see269

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see259

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see236

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see236

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see224

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see223

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see219

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see219

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see217

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see202

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri