Icma.az
close
up
RU
Trampın komandasında kimlər olacaq? Gözlənilməz ADLAR

Trampın komandasında kimlər olacaq? Gözlənilməz ADLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət katibi vəzifəsinə senator Marko Rubionun namizədliyini irəli sürməyi planlaşdırır.

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən yazıb.

Nəşr yazır ki, Tramp son anda fikrini dəyişə bilər. Qeyd edək ki, hazırda bu vəzifəni Entoni Blinken tutur.

Marko Rubio 2010-cu ildə Senata (ABŞ Konqresinin yuxarı palatası) seçilib, Çin və İrana qarşı sərt mövqeyi ilə diqqət çəkib.

Donald Trampın Florida ştatından olan konqresmen Mayk Uolsu milli təhlükəsizlik üzrə köməkçisi təyin edəcəyi gözlənilir. ABŞ-ın yeni seçilmiş prezidenti, həmçinin keçmiş baş müşaviri Stiven Milleri Ağ Evin siyasət məsələləri üzrə müavini təyin etmək qərarına gəlib. O, miqrasiya siyasətində sərtliyi ilə seçilir.

Tramp ölkənin BMT-dəki daimi nümayəndəsi ilə bağlı da qərar verib və bu vəzifəyə Nümayəndələr Palatasının üzvü Eliza Stefanikə təklif edib.

"ABC News" kanalı bildirib ki, milyarder Elon Musk Donald Tramp administrasiyası üçün komandanın formalaşdırılmasında mühüm rol oynayır. Telekanalın məlumatına görə, iş adamı demək olar ki, hər gün Respublikaçıların Mar-a-Laqo (Florida) malikanəsində olur. Mənbələr bildiriblər ki, Mask Trump və xarici liderlər arasında ən azı iki telefon danışığında iştirak edib. İddia olunur ki, Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbəti zamanı Tramp telefonu milyarderə verib. Biznesmen Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında da iştirak edib.

Amerika tarixində ilk dəfə olaraq Ağ Evin aparat rəhbəri qadın olacaq. Bu vəzifəni Donald Trampın seçki qərargahının rəhbərlərindən biri, onunla birlikdə hər üç prezident kampaniyasından iştirak edən Syuzan Uayls tutacaq. İlon Mask və prezidentliyə keçmiş müstəqil namizəd Robert Kennedinin komandada iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, noyabrın 13-də Tramp hakimiyyətin keçid prosesini müzakirə etmək üçün Co Baydenin dəvəti ilə Ağ Evə səfər edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:260
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 00:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri