Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Trampın İran düyünü: Ağ Ev dalanda, Tehran vaxt qazanır

Trampın İran düyünü: Ağ Ev dalanda, Tehran vaxt qazanır

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın siyasi sistemi transformasiya astanasında, rejim içində böyük yenilənmə “ağrısız keçid” planı işə düşür

Ağ Ev üçün İran məsələsi getdikcə klassik geosiyasi dalana çevrilir. Mesajlar, açıqlamalar və sızan məlumatlar göstərir ki, Donald Trump administrasiyası Tehrana münasibətdə nə “tam diplomatiya”, nə də “tam güc” variantını sonadək seçə bilir. Vaşinqtonun qarşısında duran əsas sual isə dəyişmir. İranda rejim dəyişikliyi mümkündürmü?  Olarsa, bəs sonrası? Gələcək qüvvə İran cəmiyyəti tərəfindən qəbul ediləcəkmi,  hakimiyyəti idarə edə biləcəkmi? 
Vaşinqtonun ən böyük qorxusu: “B planı yoxdur”

ABŞ uzun müddət İran problemini “rejim dəyişərsə hər şey dəyişər” məntiqi ilə qiymətləndirdi. Lakin bu planın ən zəif nöqtəsi indi açıq görünür. Mövcud rejimi əvəz edəcək real siyasi alternativ yoxdur.

Vaşinqtonun ümid bağladığı fiqurlardan biri Rza Pəhləvini ölkə daxilində geniş legitimlik qazana bilmədi. İran cəmiyyətinin böyük hissəsi monarxiyanın qayıdışını qəbul etmədi. Beləliklə, ABŞ ən kritik suala cavab tapa bilmədi. İndi əsas sual ondan ibarətdir ki, rejim devrilsə, hakimiyyət kimə keçəcək?

CNN mənbələrinə görə, ABŞ kəşfiyyatı belə bir ssenaridə ən real variantın SEPAH-ın olduğunu düşünür. Bu isə Vaşinqton üçün daha sərt, daha radikal və daha proqnozlaşdırılmaz İran deməkdir.

Bu səbəbdən ABŞ administrasiyası faktiki olaraq etiraf edir: Rejimi devirmək mümkündür, amma nəticəni idarə etmək mümkün deyil.

Qaçırılmış “anı” – Trampın strateji səhvi?

ABŞ daxilində getdikcə daha çox səslənən fikir budur: Tramp etirazların ən pik dövründə hərbi təzyiqi artırmaq şansını qaçırıb.

Etirazlar zamanı mümkün zərbələr rejimi sarsıda bilərdi. İndi isə İran daxildə üzləşdiyi psixoloji böhranlı durumdan çıxaraq konsolidasiyaya doğru gedir, SEPAH güclənib, regional balans dəyişib.  İndiki şəraitdə vaxt artıq Tehranın xeyrinə işləyir.

Tehran strategiyası: vaxt udmaq və iqtisadi “tələ”

İranın taktikasının əsas xətti  isə rejim dəyişikliynə getmədən razılaşma əldə etmək.
Tehran bunun üçün Vaşinqtona cəlbedici iqtisadi paket təqdim edir. Neft və qaz əməkdaşlığı, nadir metallar, ABŞ investorlarının İran bazarına qayıdışı. Tehranın mesajı budur: “Rejim dəyişməsin, biz əməkdaşlığa hazırıq.”

Vaşinqton üçün isə bu, siyasi baxımdan ağır seçimdir. Çünki belə razılaşma ABŞ-ın strateji hədəflərindən geri çəkilməsi kimi görünə bilər. Amma ortada acı Əfqanıstan təcrübəsi də  var. Bu səbədən də  indiki halda Ağ Ev İranı təcrid şəraitində saxlamaq  planını həyata keçirir. Iranı təcrid və hərbi-psixoloji basqı altında saxlayıb daxildə istədiyi şəraiti yaratdıqda problemi həll etməyi düşünür. 

Ərəb dünyası niyə rejim dəyişikliyi istəmir?
Paradoksal görünə bilər, amma İran rejiminin dəyişməsi təkcə Rusiya və Çin üçün deyil, ərəb ölkələri üçün də risklidir.

Səbəblər çoxdur: 
1.İranın zəifləməsi ərəb ölkələrinin geosiyasi əhəmiyyətini azalda bilər.
2.ABŞ İran enerji ehtiyatlarına çıxış əldə etsə, ərəb  ölkələrinin “enerji kartı” zəifləyəcək.
3.Neft qiymətləri üzərində ABŞ təsiri artar və  nəticədə ərəb ölkələri  ciddi gəlir itikisi ilə üzləşə bilər. İran böhranı fonunda  ərəb ölkələri neft və qazdan daha çox qazanırlar və  problem həllini taparsa bu ərəb ölkələrini nciddi gəlir itkisi deməkdir ki, bunu da heç biri istəmir. Yəni burada bir iqtisadi maraq da mövcuddur. 
4.İsrailin regional təsiri güclənə bilər.
5.ABŞ İran faktorundan qlobal miqyasda olduğu kimi, ərəb dünyasına qarşı təzyiq aləti kimi istifadə edə bilər.

Bu səbəbdən özlərini tehranın müttəfiqi hesab edən Moskva və Pekinlə yanaşı, ərəb dünyasının  gizli konsensusu belədir: İran zəif olsun, amma çökməsin. Bu da indki Tehran rejimini ən azı yaxın perspektiv üçün  qane edir. Tehran da vəziyyətədn faydalanıb  prosesi fürsətə çevirmək istəyir.  Çünki Tehran yaxşı anlayır ki,  hakimiyyətdə dəyişikliyi və transformasiya baş verməsə proses uzun müddət belə davam edə bilməyəcək və bu da nəticə etibarı ilə  İranın iflasına gətirib çıxara bilər. Ona görə də İran hazırkı rejimini qoruyaraq, hakimiyyət daxilində sakit və planlı transformasiya üçün ciddi hazırlıqlar aparır. Tehranın strateji kulislərindəki hərəkətlər göstərir ki, mövcud sistem özünü yeniləmək və gələcəkdə daha dayanıqlı bir quruluş yaratmaq istiqamətində axtarışlardadır. Bu, yalnız daxildə siyasi sabitliyi təmin etmək məqsədi daşımır, həm də beynəlxalq aləmdə İrana qarşı tətbiq edilən təzyiqlərin neytrallaşdırılması və strateji üstünlüyün qorunması üçün bir vasitədir.

Hakimiyyətin “ağrısız keçid” planı, ölkədə böyük ictimai iğtişaşlar və xaos yaratmadan idarəetmənin transformasiyasına imkan verir. Bu proses həm İranın gələcək siyasi konfiqurasiyasına yön verəcək, həm də bölgədəki geosiyasi balansın formalaşmasında mühüm rol oynayacaq. Tehranın hazırkı strategiyası onu göstərir ki, rejim dəyişmədən də öz mövqeyini möhkəmləndirmək və həm daxildə, həm də beynəlxalq səviyyədə dominant rol oynamaq imkanını əldə edə bilər.

Bu strateji ssenari, İrana qarşı hər hansı xarici müdaxilənin təsirini azaldır və bölgədəki geosiyasi balansı yenidən formalaşdırır. Tehran göstərir ki, mövcud rejimi qoruyaraq da tarixi dönüş yaratmaq mümkündür. Bu dönüş yalnız İranda deyil, bütün Yaxın Şərqdə dalğalar yaradacaq.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 Fevral 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see653

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see328

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see312

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see307

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see300

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see297

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see277

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see276

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see269

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see268

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see254

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see252

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see230

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see220

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see220

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see219

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see213

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see209

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see205

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri