Icma.az
close
up
RU
Trampın İrana göndərdiyi böyük armada ya nələr daxildir...

Trampın İrana göndərdiyi böyük armada ya nələr daxildir...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp İranı Fars körfəzinə doğru göndərdiyi “nəhəng armada” ilə hədələyib.
"Nəhəng bir armada İrana doğru gedir. O, sürətlə, böyük güc, həvəs və məqsədlə hərəkət edir
Bu, Venesuelaya göndərilən nəhəng təyyarədaşıyan gəmidən daha böyük bir donanmadır.

Bu donanma Venesuelada olduğu kimi, İranla da bağlı lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirik ki, İran tez bir zamanda bütün tərəfləri qane edən ədalətli, bərabər, nüvə silahından imtina olunmuş razılaşma üçün danışıqlar masasına oturacaq.... Ək halda, növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin!", - deyə ABŞ Prezidenti qeyd edib.

Bəs İslam Respublikasına zərbə endirə biləcək ABŞ qüvvələrindən ibarət "böyük armada" barədə nələr məlumdur:
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İrana doğru göndərdiyi “böyük armada"ya təyyarədaşıyan "Abraham Linkoln" gəmisi başçılıq edir. Onun zərbə qrupu artıq Yaxın Şərqdədir və komandanlıqdan əmr gözləyir. BBC-nin məlumatına görə, Pentaqon qüvvələrinin Cənub-Şərqi Asiya sahillərinə çatması bir həftədən çox vaxt aparıb.

ABŞ donanmasının və hava qüvvələrinin dəqiq yeri açıqlanmır, lakin bəzi mənbələr “böyük armada"nın Oman yaxınlığında – Hind okeanında yerləşdiyini iddia ediblər. Hazırda onun İran sahillərindən təxminən 800 kilometr məsafədə olduğu güman edilir.


"Abraham Linkoln" təyyarədaşıyan gəmisi əsasən üzən aerodromdur və 90-a qədər təyyarə və helikopter yerləşdirə bilir.
"İnterfaks"ın məlumatına görə, Amerika flaqman gəmisi hazırda üç eskadrilya F/A-18 qırıcı təyyarəsi və bir eskadrilya F-35C beşinci nəsil qırıcı təyyarəsi daşıyır. Aviadaşıyıcı döyüş qrupuna F-15 qırıcıları da daxildir.

Bundan əlavə, "böyük armada"ya köməkçi gəmilər və “Tomahavk” qanadlı raketləri üçün buraxılış qurğuları olan üç esmines daxildir.
"The Jerusalem Post" qəzeti aydınlaşdırıb ki, idarə olunan raket esminesləri USS Mitscher, USS McFaul və USS Roosevelt də ABŞ Mərkəzi Komandanlığının Yaxın Şərq məsuliyyət zonasındadır.
Hərbi gəmilər və təyyarələrdən ibarət "böyük armada" bölgədəki yeganə ABŞ qüvvələri deyil. Açıq mənbələrə görə, amerikalıların İran yaxınlığında 8 hərbi obyekti var, o cümlədən Qətərdəki Əl-Udeyd Hava və Dəniz Bazası. Pentaqon həmçinin 40.000-50.000 əsgərin yerləşdiyi 10-dan çox müvəqqəti hərbi bazanı təmin edib.
Strateji bombardmançı təyyarələrin İrana hücum etmək üçün hazırlandığı güman edilir.

Xarici media yazır ki, 26 yanvardan bəri ABŞ Mərkəzi Komandanlığı Şimali Afrikadan Cənub-Şərqi Asiyaya qədər öz məsuliyyət zonasında çoxgünlük təlimlər keçirir.
ABŞ-ın İslam Respublikasına zərbə endirməsi ilə bağlı proqnozlar müxtəlifdir. Qlobal media hücum üçün vaxt çərçivəsini - həftənin sonuna qədər - göstərir. Müşahidəçilər, politoloqlar və hərbi ekspertlər proqnozlarının səhv ola biləcəyini etiraf edirlər, çünki zərbə endirmək qərarı gözlənilməzliyi ilə tanınan ABŞ prezidenti Donald Trampa aiddir.

Amerika lideri yeni ilin ilk günlərindən İran hakimiyyətini təhdid edir. Sosial mediada Ağ Ev rəhbəri İslam Respublikasındakı etirazçılara kömək vəd etmiş və əgər onlar öldürülərsə, ölkə rəhbərliyini hücum edəcəyilə hədələmişdi.

"Böyük armada" Yaxın Şərqə gələndə Tramp Tehranın güzəştə getməyə hazır olduğunu və Vaşinqtonla razılığa gəlmək niyyətində olduğunu bildirib.
Bu arada, İslam Respublikası rəhbərliyi dəfələrlə ABŞ-ın mümkün təcavüzünə cavab verəcəyini vurğulayıb.
A.Qorxmaz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:496
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 Yanvar 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri