Icma.az
close
up
RU
Trampın İrana hücumunu dayandırmaq istəyirlər

Trampın İrana hücumunu dayandırmaq istəyirlər

Icma.az, Reyting.az saytına istinadən bildirir.


ABŞ Konqresinə prezident Donald Trampın İrana hücumunu dayandırmalı olan ikipartiyalı qətnamə təqdim edilib.
Reyting.az
-ın məlumatına görə, Nümayəndələr Palatasının respublikaçı konqresmeni Tomas Massi deyib ki, “ABŞ Silahlı Qüvvələrinin İran İslam Respublikasında icazəsiz döyüş əməliyyatları keçirməsini” qadağan edən qətnamə təqdim edib.
Müharibə səlahiyyətlərinə dair belə bir sənəd 15 təqvim günündən sonra komitədə qərar qəbul edilmədən parlamentin müzakirəsinə və səsverməyə çıxarıla bilər.
“Konstitusiya icra hakimiyyətinin ABŞ-a hücum etməyən suveren dövlətə qarşı birtərəfli qaydada hərbi əməliyyatlar aparmasına icazə vermir. Konqresin İrana müharibə elan etmək üçün müstəsna hüququ var. İsrail və İran arasında davam edən müharibə bizim müharibəmiz deyil. Hətta belə olsa da, Konqres bu cür məsələləri konstitusiyamıza uyğun həll etməlidir”, - Massi vurğulayıb.
Eyni zamanda, Demokratlar Partiyasından olan konqresmen Ro Khanna İrana qarşı müharibə səlahiyyətlərinə dair qətnamənin həmsədri kimi respublikaçını dəstəkləyib.
“Heç bir prezident Konqresin müharibə aparmaq üçün konstitusiya səlahiyyətindən yan keçməməlidir. Amerika xalqı Yaxın Şərqdə növbəti fəlakətli münaqişəyə cəlb olunmaq istəmir. Mən İrana qarşı hər hansı hərbi əməliyyata Konqres tərəfindən icazə verilməli olduğunu bir daha təsdiqləmək üçün konqresmen Massi ilə ikitərəfli Müharibə Səlahiyyətləri Qətnaməsini dəstəkləməkdən qürur duyuram”, - deyə konqresmen əlavə edib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nın vitse-prezidenti J.D.Vens Birləşmiş Ştatların İrana qarşı müharibəyə başlayacağına eyham vurub, Trampın belə bir qərar verə biləcəyini demişdi.
Eyni zamanda, İranın ali dini lideri Ayətullah Əli Xamnəi ölkəyə edilən hücumlara görə İsraili “qətiyyətli cavab”la hədələyib. Dini rəhbər deyib ki, “döyüş başlayır” və İran bu müddət ərzində “mərhəmət göstərməyəcək”.
E. KAMAL
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://reyting.az
archiveBu xəbər 18 İyun 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri