Icma.az
close
up
RU
Trampın işğalla hədələdiyi ölkə Bakının qapılarında İLK DƏFƏ

Trampın işğalla hədələdiyi ölkə Bakının qapılarında İLK DƏFƏ

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İyunun 10-da Bakıda Azərbaycan və Kanada Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. Görüş zamanı iki ölkə arasında siyasi əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin davamlı siyasi dialoqun təşviqi məqsədilə qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində təmasların əhəmiyyəti vurğulanıb.

Tərəflər ikitərəfli münasibətlərdə gərginlik yarada biləcək məqamlar və addımlardan çəkinməyin vacibliyini qeyd ediblər. Kanada uzun müddətdir Ermənistanı dəstəkləyən mövqeyi ilə tanınır. Bu baxımdan Bakıda keçirilən ilk siyasi məsləhətləşmələr xüsusi əhəmiyyət daşıyır və yeni bir yanaşmanın təzahürü kimi dəyərləndirilə bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, Azərbaycanın xarici siyasətində son dövrlər müşahidə olunan dəyişikliklər bu cür təmaslara yol açır:

“Rusiya ilə münasibətlərdə gərginliyin artması və Çinlə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində yeni istiqamətlərin formalaşdığını göstərir. Rəsmi Bakı xarici siyasətini dəyişən geosiyasi reallıqlara uyğunlaşdırır. Bu baxımdan Kanada ilə münasibətlərin yenidən dəyərləndirilməsi də istisna deyil.

Həmçinin oxuyun:

Bakıda mühüm forum: Prezident çıxış etdi – FOTOLAR

Azərbaycan və Kanada Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrdən foto

Bu təşəbbüslər yalnız Azərbaycanın siyasi iradəsi ilə bağlı deyil, eyni zamanda Kanadanın da marağından qaynaqlanır. Qərb ölkələri Azərbaycanın artan iqtisadi-siyasi nüfuzunu anlayır və bu reallıqla hesablaşmağa başlayır. Kanadanın da bu yanaşma çərçivəsində Azərbaycanla münasibətləri inkişaf etdirməyə maraqlı olması təbiidir.

Artıq bir çox ölkələr başa düşürlər ki, Ermənistanın qeyri-real iddialarına görə Azərbaycan kimi mühüm tərəfdaşla münasibətləri pozmaq strateji baxımdan sərfəli deyil. Bu dəyişikliklər həm də Rusiya–Ukrayna müharibəsi və ABŞ-la davam edən geosiyasi gərginlik (Donald Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını istəyir – red.) fonunda baş verir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 İyun 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri