Icma.az
close
up
RU
Trampın köməkçisi ilə bağlı şok iddialar

Trampın köməkçisi ilə bağlı şok iddialar

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın ən yaxın köməkçilərindən biri olan Natali Harpın təxminən bir il ərzində məxfi məlumatlara çıxış üçün zəruri icazə olmadan Ağ Evdə çalışdığı barədə məlumatlar təhlükəsizlik məsələləri ilə bağlı yeni suallar yaradıb.

Modern.az xəbər verir ki, "MS NOW" iki mənbəyə istinadən bu barədə məlumat yayıb.

Məlumata görə, ABŞ prezidentinin icraçı köməkçisi vəzifəsini tutan Harp bir il ərzində məxfi məlumatlara çıxış üçün standart icazə prosedurundan keçməyib. Onun naməlum səbəbdən bunun üçün tələb olunan sənədləri doldurmaqdan imtina etdiyi bildirilir.

Vəziyyət yalnız Ağ Evin Hüquq İdarəsinin əməkdaşlarının məsələni diqqətə çatdırmasından və Trampın özünün müdaxiləsindən sonra dəyişib. Bundan sonra Harp federal yoxlamanın aparılması üçün tələb olunan sənədləri doldurub və nəticədə məxfi məlumatlara çıxış icazəsi əldə edib.

Ağ Evin keçmiş etika üzrə mütəxəssisi Norm Ayzen baş verənləri “şokedici” adlandırıb.

“Potensial olaraq dövlətin ən həssas sirlərinə çıxışı ola biləcək bir köməkçinin bu qədər uzun müddət məxfi məlumatlara çıxış icazəsi olmadan işləməsi heyrətamizdir”, - deyə o bildirib.

Ayzenin sözlərinə görə, bu vəziyyət Tramp administrasiyasının müəyyən edilmiş prosedurlara məhəl qoymamağa və prezidentin xüsusi etimad göstərdiyi şəxslərə görə milli təhlükəsizlik baxımından risklər yaratmağa hazır olduğunu nümayiş etdirir.

Ağ Ev isə bu ittihamları rədd edib. Prezidentin mətbuat katibi Karolin Livitt bildirib ki, “Natali Harp da digərləri kimi məxfi məlumatlara çıxış icazəsinə malikdir”. O, Harpı prezident komandasının sadiq və zəhmətkeş üzvü kimi xarakterizə edib.

Bununla belə, Harpın icazəsinin rəsmiləşdirilməsində gecikmə olması ilə bağlı məlumatlar keçmiş respublikaçı məmurlar arasında da narahatlıq yaradıb.

ABŞ-ın keçmiş prezidenti Corc Buşun administrasiyasında etika məsələləri üzrə baş hüquq müşaviri vəzifəsində çalışmış Riçard Peynter qeyd edib ki, Ağ Ev əməkdaşları adətən bioqrafik yoxlamadan keçirlər. Lakin onun sözlərinə görə, əlavə məxfi məlumatlara çıxış icazəsi hər bir əməkdaş üçün tələb olunmur və bunun zəruriliyi məxfi məlumatlara çıxışın xarakterindən asılıdır.

Peynter bildirib ki, Harp səfərləri zamanı prezidentə müşayiət edirsə, vəziyyət daha ciddi xarakter ala bilər.

Onun sözlərinə görə, köməkçi Trampın yaxınlığında, məsələn, “Air Force One” prezident təyyarəsində olarkən məxfi məlumatların müzakirə edildiyi söhbətləri təsadüfən eşidə bilər. Bu halda müvafiq icazənin olmaması potensial milli təhlükəsizlik probleminə çevrilə bilər.

Natali Harp kimdir?

35 yaşlı Natali Harp xərçəng xəstəliyindən sağ çıxması və Trampın fəal tərəfdarı kimi tanınır. ABŞ mediası onu prezidentin ən sadiq köməkçilərindən biri kimi təqdim edir.

Harp, həmçinin Trampın sosial şəbəkələrdəki paylaşımlarına kömək edir və mütəmadi olaraq onun haqqında müsbət materialların çap olunmuş nüsxələrini prezidentə təqdim edir. Buna görə ona “insan printeri” ləqəbi verilib.

Harpın Trampa sədaqəti bu il The New York Times jurnalistləri Meggi Haberman və Conatan Svanın müəllifi olduğu "Regime Change" kitabında da təsvir edilir. Müəlliflərin iddiasına görə, Harp Trampa heyranlığını ifadə edən məktublar yazıb. Onlardan birində onun Trampa “Mənim üçün əhəmiyyətli olan yeganə şey sənsən” dediyi bildirilir.

Bütün bunların fonunda Trampa ən yaxın Ağ Ev əməkdaşlarından birinin uzun müddət zəruri məxfi məlumatlara çıxış icazəsi olmadan işləyə bilməsi ilə bağlı suallar daha da həssas xarakter alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Avqust 2026 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see346

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see304

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see297

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see287

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see271

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see265

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see265

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see253

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see246

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see242

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see242

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see235

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see233

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see229

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see223

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see223

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see217

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see215

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see209

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri