Trampın kürəkəninin hesabına Azərbaycandan milyonlar köçürülüb?
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin “Vanity Fair” jurnalında ölkə Prezidenti Donald Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner barəsində ciddi rezonans doğuran məqalə dərc olunub.
“Qafqazinfo” xəbər verir ki, sözügedən məqalədə Kuşnerin Yaxın Şərqlə bağlı şeyxlərlə yüz milyonlarla dollarlıq gizli sövdələşmələr həyata keçirdiyi iddia olunub.
Belə ki, jurnalın materialında “Şahzadələr və oğrular: Cared Kuşner və Məhəmməd ben Zayedin Yaxın Şərqi yenidən formalaşdırmaq üzrə gizli sövdələşməsi” adlı kitabdan məlumatlar yer alıb.
İddialara görə, 2018-ci ildə Niderland kəşfiyyatı Kuşnerin “iPhone X” markalı telefonunu sındırmağa nail olub. Kitabın müəllifinə əsasən, bununla da Niderland rəhbərliyi Trampın kürəkəninin Dubayda olan bank hesablarına dair məlumatları ələ keçirib. Mənbə iddia edib ki, həmin hesaba Azərbaycanda fəaliyyət göstərən bankdan yüz milyonlarla dollar vəsait köçürülüb. Bununla yanaşı, C.Kuşnerin guya həmin hesabdan ayrı-ayrı şəxslərə böyük məbləğlərdə pul köçürdüyü bildirilib.
Haqqında bəhs edilən “Alfa” adlı həmin bank hesabı isə “First Abu Dhabi Bank” bankında açılıb və orada 750 milyon dollar olub. Bildirilib ki, oxşar hesabın İsraildə də açıla biləcəyi ehtimal olunur. İddialara görə, həmin vəsaitlər gizli əməliyyatlar üçün ehtiyat fondu kimi istifadə edilib. Kitabda həmçinin qeyd olunub ki, BƏƏ şeyxi Məhəmməd ben Zayed Əl Nəhyan və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman Yaxın Şərqdə qeyri-rəsmi diplomatiya və təsir imkanlarının genişləndirilməsi üçün 2 milyard dollar ayırıb.
Bununla belə, materialda qeyd edilən müqavilələr barədə rəsmi sübut və sənədlər təqdim olunmayıb.
Cared Kuşner öz növbəsində jurnalın materialına münasibət bildirərək orada qeyd olunan məlumatları yalanlayıb və məqalədə hər hansı rəsmi sübut, bank məlumatlarının təqdim edilmədiyinə diqqət çəkib.
“Müəllifin irəli sürdüyü iddialar tamamilə absurddur. Biz bu iddiaların hər birini rəsmi şəkildə təkzib etmişik. Bu ittihamları təsdiqləmək üçün heç bir bank çıxarışı, bank köçürməsinə dair qeydlər, hesab nömrələri, əməliyyat tarixləri və ya digər yoxlanıla bilən məlumat təqdim olunmayıb”, - deyə Kuşner vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 23 Oktyabr 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















