Icma.az
close
up
RU
Trampın məqsədi sülh vasitəçiliyi ilə Nobel almaq və ABŞ ın siyasi iqtisadi təsir dairəsini genişləndirməkdir

Trampın məqsədi sülh vasitəçiliyi ilə Nobel almaq və ABŞ ın siyasi iqtisadi təsir dairəsini genişləndirməkdir

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“Donald Trampın bir neçə məqsədi var. Bir məqsədi sülh gətirən, münaqişələrə son qoyan bir dövlət rəhbəri tanınmaqdır. Hətta sülh, “Nobel” mükafatını almağı hədəfləyib. Digər tərəfdən, ABŞ-ı iqtisadi cəhətdən güclü bir dövlət edərək, ABŞ-a yeni ərazilərin qatılmasına və ABŞ-ın həm siyasi, həm iqtisadi, həm də təsir dairəsini genişləndirmək məqsədi daşıyır. Putinin əsas məqsədi NATO-nu suveren sərhədlərindən uzaq tutmaq və siyasi arenada müəyyən qədər təsirini azaltmaqdır. Donald Trampın istər Qrenlandiya ilə bağlı, istər Panama ilə bağlı, istər Kanada ilə bağlı məsələləri gündəmdə ola bilər. Burada onun üçün əsas rəqib Putindir və sonra Çindir”.

Bu barədə Bizimyol.info xəbər portalına ehtiyyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov danışıb. Hərbi ekspert qeyd edib ki, Donald Tramp öncə Vladimir Putinlə məsələləri yumşaltmaq istəyir.

Şair Ramaldanov

“Rusiyanın Cənubi Afrikada ABŞ-a qarşı olan ölkələrə hərbi dəstək və digər məsələlərdə dəstək olmasını nəzərə alsaq, bu da ABŞ üçün müəyyən bir şəkildə siyasi diskomfort yaradır. Bu səbəbdən iki dövlət başçısı görüşlərdə, danışıqlarda və telefon danışıqlarında müəyyən bir şəkildə öz maraq dairələrini müəyyənləşdiriblər. Putinin maraq dairəsi birinci növbədə postsovet məkanında Rusiyanın təsirini gücləndirmək və hətta gələcəkdə keçmiş sovet ölkələrini müəyyən bir şəkildə Rusiyanın təsiri altına salaraq, bəlkə də yeni formada bir ittifaq yaratmaqdır. Tramp da artıq bir neçə istiqaməti səsləndirib”-deyən Şair Ramaldanov hesab edir ki, son zamanlar Baltikyanı ölkələrdən və ümumiyyətlə, Avropanın Rusiyaya yaxın olan və Rusiyanın maraqlarına təsir edən ölkələrdən ABŞ-ın çəkilməsi gözlənilən idi.

Şair Ramaldanov hesab edir ki, burada birinci hədəf Baltıkyanı ölkələrdir: “Baltıkyanı ölkələr çox radikal şəkildə Rusiyaya qarşı düşmənçilik siyasəti ilə seçilirlər. Bu, ölkələrin öz siyasəti də ola bilər. Amma ola da bilər ki, bu davranışın mənbəyi Avropa İttifaqının Baltıkyanı ölkələrə olan sifarişlərindən irəli gəlir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Fevral 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri