Icma.az
close
up
RU
Menu

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

Qarpız zəhərlənməsi: “Bu il...”

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

Rubrika: Tibbdə yenilik

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

Ebola epidemiyası bitdi

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

Trampın mesajları: qlobal savaş yeni mərhələdə

Trampın mesajları: qlobal savaş yeni mərhələdə

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kosmik hakimiyyət-mondializmin çöküşü

ABŞ-nin yeni prezidenti Donald Tramp inaqurasiya mərasimində bütün dünyanı maraqlandıran bir sıra istiqamətlərdə tezislər səsləndirdi.

Tramp çıxışı zamanı ABŞ-nin dünyanı hansı istiqamətə yönləndirmək istədiyini detallı şəkildə açıqladı. Amma bu dəfə Tramp ilk prezidentliyinin son aylarında-2019-cu ilin sentyabrında BMT-nin kürsüsündə qlobal savaşı açıq müstəviyə daşıyacaq qədər tam aydın və konkret tezislərlə deyil, fərqli üslub seçdi. Məsələn BMT-dəki çıxışındakı kimi “gələcək qlobalçıların olmayacaq, gələcək dövlətlərn olacaq”,-deməsə də, bununla eyni mahiyyət daşıyan fikirlər səsləndirdi.

Onun səsləndirdiyi bəzi önəmli fikirləri təhlil etməyə şalışıdq.

-Gücümüzü xalqımızdan alırıq:

Tramp ABŞ xalqını istehlakçı kütlə kimi istifadə edən və yalnız öz maraqlarını önə çəkən, dünya hakimiyyəti uğrunda ABŞ-ni silahlı güc olaraq ortaya qoyan qlobalçılara ABŞ-nin gerçək sahibinin və əsil gücün bundan sonra xalq və yalnız onun formalaşdıracağı hökumətlərin olacağının mesajını verdi.

-Cümhuriyyətimizi geri almaq çətin oldu:

Bu, yuxarıda qeyd etdiyimiz fikri tamamlayır. Yəni əslində ABŞ xalqına məxsus olmalı, amma realda qlobal oliqarxiyanın əsarəti altına düşmüş dövləti qlobal bank sahiblərindən geri alıb, əsil sahiblərinə-xalqa qaytardıq.

-İki cinsiyyətin olmasını qəbul edəcəyik. ABŞ-nin siyasəti iki cinsiyyət üzərində (kişi və qadın) qurulacaq:

-Tramp bununla qlobalçıların vitrinə qoyduğu Soros və digər marionet şəxslər və törəmə şirkətlər vasitəsilə dövlətlərin varlığının əsasını təşkil edən dəyərlər sisteminin sıradan çıxarılmasına qarşı sərt tədbirlər görəcəyini ifadə edir. Ailə institunun dağıdılmasına, və dəyərlər sisteminin “yeni dəyərlər” adlandırılan LGBT və digər pozğun meyllərlə dağıdlmasına qarşı mübarizəni qanuniləşdirəcəyini önə sürür.

Tramp bu cəbhədə bir sıra liderlərlə eyni cəbhədə yer alır. Bu, ilk növbədə Avropa İttifaqını təhdid edir.

Əlbəttə, Avropa İttifaqını hörümçək toru kimi ələ keçirən və idarə edən qlobal maliyyə təsisatlarının formalaşdırdığı və dünyaya ixrac etdiyi anarxist düşüncə, köləlik sistemi və bu düşüncə üzərində formalaşdırılan quruluşların təməllərini formalaşdıran LGBT, feminizm və digər antidövlət “dəyərləri” hədəfə alır və məhv ediləcəyinin siqnallarını verir.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bununla bağlı narahatlığını belə ifadə edib: “Biz ABŞ ilə sıx əməkdaşlıq etməliyik. Amma biz dəyişməmiş dəyərlərimizi qorumaq üçün bütün vasitələrdən istifadə etməyə hazırıq”.

Prezidenti İlham Əliyev ötən il fevralın 14-də andiçmə mərasimində etdiyi çıxışında bu təhlükə ilə bağlı fikirlərini ifadə etmişdi:

“İdeoloji risklər sərhəd tanımır, xüsusilə indiki şəraitdə...

Xoşbəxtlikdən Azərbaycan ailəsi sağlam ailədir, ənənələr, milli dəyərlər üzərində qurulan ailədir. Ailə tərbiyəsi hər bir gənc üçün, hər bir uşaq üçün əsas tərbiyədir...

Bütövlükdə milli-mənəvi dəyərlərə gəldikdə, bu, bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıqdır, sarsılmaz dəyərdir və bunu sarsılmaz etmək bizim əlimizdədir. Çünki burada hər hansı bir kənar qüvvə öz çirkin niyyətlərinə çatsa, o zaman bizim ciddi problemlərimiz olacaq. Ona görə gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi - bu vəzifə bizim hamımızın qarşısında durur, hər bir ailə qarşısında durur və dövlət qarşısında durur. Burada, əlbəttə ki, dövlət siyasəti də aparılır və aparılacaq...”.

Ursula fon der Leyenin ifadə etdiyi Aİ-nin “dəyişməmiş dəyərləri” LGBT, homoseksualizm və ənənəvi dəyərləri hədəf alan bənzər anormallıqlardır. Məsələn AVRO 2024 və Paris Yay Olimpiya Oyunlarında bu pozğun meyllərin, bəşəriyyətə, xüsusilə gənc nəsilə sırınan “yeni dəyərlər”in açıq təbliğatının aparılması təsadüfi deyil.

Türkiyə prezidenti Ərdoğan: “LGBT lobbisinin getdikcə daha da şiddətləndiyi halda, bəşəriyyət eyni zamanda böyük bir mühasirə ilə üzləşir. Onlar qlobal miqyasda bir qorxu mühitini yaradırlar. Buradan qeyd etməliyəm ki, biz sadəcə bir tendensiya ilə deyil, birbaşa uşaqlarımızı hədəfə alan faşist bir hücumla qarşı-qarşıyayıq. Normallığa, təbiətə, ailəyə və bəşəriyyətə qarşı çoxölçülü, hərtərəfli və amansız müharibə aparılır.

LGBT pozğunluğu ilə müqəddəs olan hər şeyə müharibə elan ediblər. Onlar təkcə İslam və müsəlmanların deyil, təbii və müqəddəs olan hər şeyin düşmənidirlər. Paris qalmaqalı bu həqiqəti bir daha üzə çıxardı. Cinsiyyətsizləşdirmək insan övladını məhv etmək deməkdir.

Fransa Prezidenti Emmanuel Makron məni Olimpiadanın açılışına dəvət etmişdi, lakin 13 yaşlı nəvəm ora getmək fikrindən məni daşındıra bildi...”.

Ərdoğan daha bir çıxışı zamanı deyib: “LGBT siyasətinin əsas hədəfi ailə institutu və onun müqəddəsliyidir. Uşaqların və gənclərin “ailələri və sosial təməlləri təhdid edən “azğın ideologiyalardan” qorunması vacibdir. Rəqəmsal platformalar “bilərəkdən, qəsdən, israrla və sistemli şəkildə” LGBT-ni təbliğ edir, “rəqəmsal platformalarda teleseriallar, filmlər, nəşrlər və bir çox digər materiallar çox vaxt mədəni eroziya və şəxsiyyətin aşınması kimi geri dönməz proseslərə səbəb olur. Burada açıq şəkildə görürük ki, LGBT-lərin əsas hədəfi ailə və ailə institutunun müqəddəsliyidir...”.

-Hökmümüz Marsa qədər uzanacaq:

(Mondializmin çöküşü)

Əslində bu tezis ideoloji savaşların açar şifrəsidir. Dünyada dövlətləri yox etməyə çalışan, millətləri kölələşdirən, və yuxarıda sadaladığımız “yeni dəyərlərlə” ailə institutu, həmçinin milli, dini dəyərləri sıradan çıxarmağa çalışan mondializm nəzəriyyəsinin müəllifləridir. Geosiyasətdə mondializm nəzəriyyəsi əvvəlki dönəmlərdə ciddiyə alınmasa da, son dönəmlər əslində dünyanın ələ keçirildiyi və fəlakətə sürükləndiyi ortaya çıxdı və bir sıra məsələlər üçün dövlətlər artıq gecikdiklərinin fərqinə vardılar. Eynicinsli nigahlar, həmçinin bu kimi anromallıqları efirlər vasitəsilə evlərə daşıdılar və adiləşdirdilər... Millətsiz, dinsiz və cinsiyyətsiz toplum bu planın ikinci mərhələsi olaraq həyata keçirilir. Proses tədricən aparıldığı üçün heç kim heç nə hiss etmədən və istəmədən məğlubiyyəti qəbul etmək zorunda qalır. Bu, millətindən və dinindən asılı olmayaraq hər bir xalqı və hər bir ailəni təhdid altına salır. Nəsillər dəyişir və dəyişdikcə düşüncələr insanlığa və insan təbiətinə yad təsirlərlə yüklənir, beləliklə də dövlət, din, dəyər anlayışından uzaq və marionet siyasi hakimiyyətlərin formalaşdırılmasını hədəfləyən toplumlar formalaşdırılır.

Bu daha ciddi təhdiddir. Mondializm nəzəriyyəsi (tək dünya dövləti, yaxud dünya hökuməti) görünən və görünməyən mondialist təşkilatlar vasitəsilə reallaşdırılır. Məsələn “Bilderberq klubu”. Bu təşkilatın üzvlərini araşdırsaq, mənzərəni özümüz üçün daha aydın təsəvvür edə bilərik. Qlobal maliyyə sisteminin sahibləri və onların seçdikləri şəxslər Trampın dirəndiyi antidövlət və ümumilikdə antiinsani prosesləri reallaşdırmağa çalışırlar.

Məsələn NATO-nin sabiq baş katibi (2014-2024) Yens Stoltenberq hazırda “Bilderberq klubu”nun sədridir və təkcə bu fakt dünyanın real mənzərəsini ortaya qoyur.

Mondialistlər hesab edirlər ki, onların dünya hökuməti qurmaları üçün efirokratiya (kosmik gücə sahib olmaq) mütləq şərtdir.

Sadalanan bu faktorlardan sonra “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri Elon Mask detalı diqqət çəkir və onun Tramp administrasiyası və arxasındakı güc üçün hansı anlam və nə qədər önəm daşıdğını tam olaraq təsəvvür edə bilirik.

“Hökmümüz marsa qədər uzanacaq”,-ifadəsi indi daha çox aydın olur. Bu təkcə Rusiya, yaxud Çinə verilən mesaj deyil. Bu ilk növbədə ABŞ-ni əsarət altında saxlayan mondialist təşkilatların arxasındakı gücə-qlobal maliyyə təsisatlarına verilən mesajdır.

Yəni 2019-cu ildə “gələcək qlobalçıların olmayacaq”,-deyərək açıq təhdid edən Tramp bu dəfə dolayısı ilə və daha mütəşəkkil formada reallığı özündə əks etdirən fikirlər ortaya qoyur. Beləliklə mondializm “geosiyasət qəbirstanlığı”nda dəfn edilir və bu yeni dünyada yeni eranın başlanğıcıdır. Bu başlanğıc isə dünyanı daha dəhşətli təhlükələrlə üz-üzə qoyacaq, amma bu mərhələni keçmədən də insanlığın qurtuluşu mümkünsüzdür...

-Sizin üçün savaşacağam:

Bu mesaj rəqib dövlətlərlə müharibə anlamına gəlmir. Xalq Trampa ona görə səs verdi ki, ABŞ özünə aid olmayan bölgələrdə müharibələrə girməsin. Ona görə də bu ifadəni yuxarıda qeyd etdiyim fikirlər müəyyən qədər açır. Yəni qlobal soyğun sisteminin 2020-ci ildə olduğu kimi sürprizləri gözləniləndir və Tramp da bununla “hər şeyə, bütün növ gözlənilməz hücumlara hazır olmalıyıq”,-mesajını verir. Qlobal savaş yeni başlayır, öncə ABŞ daxilində və oradan idarə olunan Fransa hökuməti kimi marionetlərlə...

-Covid peyvəndinə görə, işdən çıxan ordu mənsublarını geri qaytaracağam, hökumətin senzurasını yasaqlayacağam:

İstər əvvəlki dönəmlərdə, istərsə də son zamanlar qlobal internet şirkətləri tərəfindən gerçəklərin yayılmasının əngəllənməsi, yaxud gerçəklərə “konspirasiya donu” geyindirilməsi dönəmi sona çatacaq. Bu bütün dünyada inqilabi dəyişikliklər deməkdir. Bütün sirlər açıla və bütün istiqamətlərdə paradiqmalar dəyişə bilər.

-Enerji qiymətlərini aşağı endirəcəyik, neft istehsalı artacaq, xaricə enerji satacağıq:

Tramp bununla daxildə iqtiasadi problemləri həll etməklə yanaşı, iqlim problemləri ilə əlaqədar elektirikli avtomobillərə keçidlə bağlı məhdudiyyətləri aradan qaldıracağını deyir. Yəni Tramp üçün əsas istiqamətlər öncə ABŞ-ni daxili iqtisadi problemlərdən xilas etməkdir. Bunun üçün Vaşinqtonun müharibələrdən uzaqlaşması başlıca şərtdir. Tramp böyük ehtimalla Səudiyyə Ərəbistanını da neft istehsalını artırmağa məcbur edəcək. “Saudi Aramco” dünya neft qiymətlərinə təsir edən əsas şirkətlərdən biridir. Bütün bunlar da dünyada neft qiymətlərinin aşağı düşməsinə gətirib çılxaracaq. Bu isə Rusiya iqtisadiyyatına mənfi təsir edəcək. Bu da Rusiyanın Ukrayna mövzusunda ABŞ ilə daha rahat kompromisə getməsinə zəmin yaradacaq.

Bu tezislər sübut edir ki, heç bir dövlət, xalq və ya fərd qlobal savaşın təsirlərindən sığortalanmayıb.

İstənilən halda dünya yeni mərhələyə qədəm qoyur. Savaş hər yerdədir və yenidən başlayır...

Əli Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see316

Azərbaycan alimindən dünya elmi üçün yeni konsepsiya: metaverse və folklor turizminə həsr olunmuş monoqrafiya nəşr olunub

29 İyul 2026 10:23see300

Amerikalılar İran müharibəsindən üz döndərir Ağ Ev geri çəkiləcək?

28 İyul 2026 15:12see271

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see262

Qarpız zəhərlənməsi: “Bu il...”

29 İyul 2026 13:10see242

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see216

“İranın AZTV ni hədəf alması rejimin mahiyyətini göstərir”

28 İyul 2026 06:38see210

28 yaşlı azərbaycanlı alim “Tekstil sənayesinin Nobeli”ni qazandı Fotolar

28 İyul 2026 09:05see210

Heyvan sizi dişlədisə, dərhal nə etməlisiniz? Nazirliyin mütəxəssisi izah edir

29 İyul 2026 15:55see205

ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi FOTOLAR

28 İyul 2026 15:58see198

Beşiktaş serbiyalı ulduzu hədəf aldı Vinçentso İtalyano amili işə yarayacaq?

29 İyul 2026 13:16see179

​“Wildberries” Rusiyadan bu ölkəyə qaçır Şirkətə heç kim icarəyə anbar vermək istəmir

29 İyul 2026 10:57see177

Oliqarx Deripaska, Rusiyanı çöküşlə bağlı xəbərdar etdi...

28 İyul 2026 20:09see176

Dayılarına ev almaq üçün BOT yaratdı, MİDA nın sisteminə müdaxilə etdi

29 İyul 2026 14:21see169

Rubrika: Tibbdə yenilik

28 İyul 2026 12:10see166

MEDİA nın qərarı söz azadlığına qarşı deyil, milli qanunvericiliyin tətbiqinin nümunəsidir

28 İyul 2026 12:23see162

Avropa federasiyaları FIFA nı və dünya çempionatını boykot edə bilər

29 İyul 2026 05:59see161

Ebola epidemiyası bitdi

28 İyul 2026 20:26see151

Zamanı aşan nəğmələr: Vasif Adıgözəlovun ölməz musiqi dünyası

28 İyul 2026 18:12see151

Avtomobili etibarnamə ilə idarə edənlərinə nəzərinə: Ləğv oluna bilər… KONKRET

28 İyul 2026 09:03see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri