Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

Trampın Rusiya ilə bağlı mesajları nəyə hesablanıb? AÇIQLAMA

Trampın Rusiya ilə bağlı mesajları nəyə hesablanıb? AÇIQLAMA

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə onun üçün əlverişli olan istənilən vaxtda görüşməyə hazır olduğunu deyib. O həmçinin yaxın vaxtlarda Rusiya lideri ilə danışacağına ümid etdiyini bildirib və Kiyevə silah tədarükünün dayandırılması imkanlarının araşdırıldığını təsdiqləyib. Ağ Evin yeni rəhbəri əlavə edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpindən Ukraynadakı müharibənin həllinə köməklik göstərməsini istəyib. 

Əgər ölkə rəhbərliyi Ukraynadakı müharibənin həlli üçün danışıqlara getməsə, Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı suala Tramp lakonik cavab verib: “İnandırıcı səslənir”. Eyni zamanda, o, 2020-ci il seçkilərindən sonra ABŞ-də hakimiyyətdə qalsaydı, Ukraynada münaqişənin başlamayacağını iddia edib. Putini ağıllı siyasətçi adlandıran Tramp bildirib ki, Rusiya prezidenti keçmiş dövlət başçısı Cozef Baydenə hörmət etməyib.

Trampın Rusiya ilə bağlı mesajları necə dəyərləndirilməlidir?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, burada diqqət çəkən bir neçə məqam var:

“Birincisi, o, Putinlə onun üçün əlverişli olan istənilən vaxtda görüşməyə hazır olduğunu bildirməklə Rusiya liderinin fikrinə hörmət etdiyini və maraqlarını nəzərə aldığını göstərib. Bu, ikitərəfli münasibətlərin perspektivi baxımından xüsusi qiymətləndirilməli məqamdır. İkincisi, Tramp Ukraynaya dəstəyin dayandırılmasını istisna etmədiyini deyib. Əslində ABŞ-nin yeni hakimiyyət dövründə Ukraynaya dəstəyi azaldacağı gözlənilən idi. Burada iki əsas məqsəd var. İlk növbədə, Rusiya ilə münasibətlərin daha çox kəskinləşməsinin qarşısını almaqdır. Nəzərə almaq lazımdır ki, Trampın əvvəlki hakimiyyəti dövründə Moskva ilə münasibətlər Bayden iqtidarı dövrünə nisbətən daha yaxşı idi. Digər məqsəd müharibəyə son qoymaqdır. Görünür, Tramp Ukraynaya dəstəyi azaltmaqla onu danışıqlara məcbur etmək istəyir. Hərçənd bu məsələdə Kiyevin də maraqları nəzərə alınacaq. Beləliklə, gələcəkdə Ukraynaya dəstəyin azaldılması, yaxud dayandırılması tamamilə mümkündür. Amma bu, Putin və Zelenski ilə danışıqların nəticəsindən də asılı olacaq”.

Müsahibimiz qeyd etdi ki, Tramp hansısa məqamda Türkiyədən də dəstək istəyəcək:

“Həmçinin yeni prezident Çindən kömək istəyəcəyini deyib. Yəqin ki, bu, daha çox Pekin- Moskva xətti ilə bağlı məsələdir. Tramp Çin liderindən Rusiyaya dəstəyin azaldılmasını, yaxud artırılmasınl istəyə bilər. Böyük ehtimalla birinci olacaq. Dəstəyin azaldılması nəticəsində Moskva da danışıqlar barədə düşünə bilər. Sanksiyalar məsələsinə gəldikdə isə düşünmək olar ki, bu, blefdir. Ən azından Vaşinqton Moskvaya qarşı addım atmağa, münasibətləri pisləşdirməyə tələsməyəcək. Bəlkə də, Tramp hakimiyyətdə olsa idi, 2022-ci ildə müharibə, doğrudan da, başlamazdı. Ancaq, bunu dəqiq demək çətindir. Putinin Trampa hörmət etməməsi iddiası da əslində populist fikirdir. Tramp bunu ABŞ-nin keçmiş hakimiyyətinin uğursuzluğu kimi təqdim etmək istəyir. Bu, bir daha belə düşünməyə əsas verir ki, Tramp Rusiyaya qarşı daha loyal münasibət sərgiləyəcək”.

Günay Rəsulqızı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Yanvar 2025 15:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri