Icma.az
close
up
RU
“TRAMPIN MÖVQEYİ ABSURD MƏNZƏRƏ YARADIR...” “Putin diqqəti 2 mühüm məqamdan yayındırır”

“TRAMPIN MÖVQEYİ ABSURD MƏNZƏRƏ YARADIR...” “Putin diqqəti 2 mühüm məqamdan yayındırır”

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

“Putin növbəti dəfə Trampı istədiyi kimi yönləndirməyə nail olub”.

“AzPolitika” bildirir ki, bunu siyasi şərhçi Şahin Cəfərli dün;n ABŞ və Rusiya prezidnetləri arasında keçirilən telefon danışıqlarının yekununu şərh edərkən deyib.

“Bir qədər əvvəl yekunlaşmış telefon söhbətində Putin bildirib ki, Rusiya Ukrayna ilə tezliklə masaya oturub həm atəşkəs, həm də ümumən məsələnin həlli barədə danışıqlara başlamağa hazırdır. Halbuki problem tərəflərin masaya oturmaması yox, Putinin istər atəşkəs, istərsə də yekun həll üçün qəbulolunmaz şərtlər irəli sürməsidir. İstanbuldakı son görüşdə Rusiya tərəfi ultimativ tələblərini bir daha təkrarlayıb”, - təhlilçi qeyd edib.

Ş.Cəfərlinin sözlərinə görə, Rusiya danışıqlar prosesini imitasiya etməklə diqqəti 2 mühüm məqamdan yayındırır: “Trampın qeyd-şərtsiz 30 günlük atəşkəs və 22 maddəlik sülh planı Putin tərəfindən rədd edilib. Bununla əslində ABŞ-nin Rusiyaya qarşı sanksiya rejimini ağırlaşdırması və ümumən bu istiqamətdə əvvəlki, ənənəvi siyasətə dönməsi üçün əsas yaranıb. Bu barədə Tramp özü və onun komanda üzvləri indiyə qədər dəfələrlə açıqlama veriblər və Senatda müvafiq qanun layihəsi də hazırlanıb. Lakin Tramp öz missiyasının nəticəsiz bitdiyini, təkliflərinin Putin tərəfindən rədd olunduğunu qəbul etmək istəmir. Çünki bu durumun təsbiti halında Rusiyaya qarşı təzyiq siyasətini bərpa etmək məcburiyyətində qalacaq”.

Ekspert Trampın mövqeyinin absurd mənzərə yaratdığını vurğulayr: “Belə çıxır ki, növbəti görüşlərdə heç bir nəticə əldə olunmasa belə Rusiyanın imitasion diplomatiyanı davam etdirməsi kifayət edəcək ki, o, ABŞ-nin basqısından yayınıb, müharibəni istədiyi qədər davam etdirsin. Hətta işğalçının ultimatumlarını rədd edib masadan qalxacağı təqdirdə, Ukraynanın Trampın gözündə danışıqları pozan qeyri-konstruktiv tərəfə çevrilməsi də mümkündür”.

Bütün bunlara rəğmən Şahin Cəfərlinin sözlərinə görə, ehtimal var ki, Konqres, dövlət aparatı, eləcə də avropalı müttəfiqlər yenidən Trampın mövqeyinə təsir edib, onu doğru, məqbul istiqamətə yönəldə biləcəklər.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri